Uşaq folklorunun xüsusiyyətləri

2008-05-27 20:21

Uşaq folklorunun xüsusiyyətləri Müəllif: Ramazan Qafarlı Folklor təbiətdə baş verən hadisələrin sirrini öyrənməkdə, gördükləri şeylərin əlamət, keyfiyyət və mahiyyəti haqqında məlumat toplamaqda, heyvan və quşların xasiyyətindəki qəribəlikləri başa düşmək

Gunaz.tv Quote | Gunaz article

Uşaq folklorunun xüsusiyyətləri Müəllif: Ramazan Qafarlı Folklor təbiətdə baş verən hadisələrin sirrini öyrənməkdə, gördükləri şeylərin əlamət, keyfiyyət və mahiyyəti haqqında məlumat toplamaqda, heyvan və quşların xasiyyətindəki qəribəlikləri başa düşməkdə, böyükləri düzgün anlamaqda və söz ehtiyatlarını artırmaqda uşaqlara kömək edir. Folklor həm də onların hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətlərinin formalaşmasına təsir göstərir. Yalnız ideyalı bədii və xəlqi ədəbiyyat təmiz vicdanlı, güclü mənəviyyata malik, zamanın yükünü öz üzərinə götürə bilən insanlar tərbiyə edir. Yüksək ideyalılıq, bədiilik və xəlqlilik Azərərbaycan uşaq folklorunun da əsas əlamətidir. Uşaq folkloru ifadəsi folklorşünaslıq elminə son dövrlərdə daxil edilmişdir. Lakin uşaq folklorunun ayrı-ayrı janrlarının meydanagəlmə tarixi çox qədimdir. Bir faktı xatırlamaq kifayətdir ki, günəşə, dumana, buluda, yağışa müraciətlə oxunan nəğmələrdə, keçəl haqqında söylənən satirik şerlərdə və laylalarda ən əski mifik təsəvvürlərin izləri hələ də qalmaqdadır. *«Uşaq folkloru»” ifadəsi rus folklorşünaslığında ilk dəfə 1926-cı ildə İrkuts Universitetinin professoru Q.S. Vinoqradov, bir qədər sonra isə (1928-ci ildə) görkəmli pedaqoq O.İ. Kapitsa tərəfindən işlədilmiş və nəzəri cəhətdən əsaslandırılmışdır. Azərbaycanda isə bu terminə 60-cı illlərdə Ə.Qarabağlının şifahi xalq ədəbiyyatının orta məktəblərdə təbrisi məsələlərinə həsr olunan əsərlərində rast gəlirik. Azərbaycan uşaq folkloru şifahi xalq yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Bəzi ədəbiyyatlarda «folklorun kiçik, xırda janrları» kimi qeyd olunan laylalar, oxşamalar, dilaçmalar, öyrətmələr, sanamalar, düzgülər, yanıltmaclar, çağırışlar, müraciətlər bütün zamanlarda xalq pedaqogikasının tələblərini ödəmiş və uşaq dünyasının bütün cəhətlərini şirinliyi, duzluluğu ilə əks etdirmişdir. «Xalq pedaqogikası - sözün əsil mənasında tərbiyə məsələəri üzrə zəhmətkeş kütlələrin baxış, fikir, ideya, əməli təcürbə, qanun-qayda, adət və ənənələrinin toplusudur... İnsanı nə cür bəsləməli, ərsəyə, boya-başa çatdırlmalı, kamala yetişdirməli, onlara hansı keyfiyyətləri aşılmalı, bundan ötrü nə kimi üsul və vasitələrdən istifadə etməli, hansı tələblərə əsasləanmalı, insanın inkişafını şərtləndirən amillər, tərbiyə işində kollektivin və tərbiyəçinin rolu və s. bu kimi məsələlər xalq pedaqogikasının öyrəndiyi sahələrdir». Saydığımız tədbirlərin xalq pedaqoqları - müdrik ağsaqqallar, ağbirçəklər uşaq folkloru vasitəsi ilə həyata keçirirdilər. Bir növ uşaq folkloru onlara dərs vəsaiti rolunu oynayırdı. Buradan belə bir nəticəyə gəlmək olar ki, uşaq folkloru xalq pedaqogikası ilə eyni vaxtda və onunla əlaqədar şəkildə meydana gəlmişdir. Ə.Həşimov yazır: «Xalq pedaqogikasının tarixi yazının yarandığı vaxtdan çox-çox qabaq, bəşər cəmiyyətinin meydana gəldiyi ilk dövrlərdən başlayır». Göründüyü kimi, uşaq dünyaya göz açan gündən folklor nümunələri ilə qarşılaşır, nənələrin, bibilərin, xalaların həzin mahnısı ilə əzizlənir, anaların şirin laylası ilə uyuyur, məzəli oyunlarla, əyləndirmələrlə əl-qol açır, duzlu oxşamalarla gülür, yanıltmaclarla dil açır və beləcə həyatda mənəvi nemətlərdən ilk payını alır. Xalq poeziyası inciləri qız-gəlinlərin dodaqlarnıda misra-misra nəğməyə dönüb yırğalanan naxışlı beşiklərin tıqqıltısına qarışır, bələkdəki südəmər çörpələrin yuxusunu şirinləşdirir. Ümmanlara sığmayan arzulamalar ilk addım atanda, dil açıb danışanda, çimizdiriləndə, yeyib-içəndə, geyinib-keçinəndə, oynayanda, nəhayət, əli qələm tutanda, kitab-dəftərini qoltuğuna vurub oxumağa yollananda uşaqları müşayiət edir, onların hər bir qədəmini pis nəzərlərdən, yad təsirlərdən qoruyur, hər uşağın həyat yollarına şam tutur. Bir sözlə, körpələrin sağlam, gümrah, mərd, ürəyitəmiz, vicdanlı böyümələrində el sözünün, el hikmətinin gördüyü işi ən böyük pedaqoq, psixololoq alim, tədris ocaqları, tərbiyə müəssisələri yerinə yetirə bilmir. Beləcə poetik şifahi xalq yaradıcılığı anadan olan gündən ömrünün son anınadək insanı addımbaaddım izləyir, onun məsləhətçisi, yolgöstərəni, həyat müəllimi olur. Bəzən də məclisləri, şənlikləri, oyunları, mərasimləri bəzəyib ruhları oxşayır, insanlara sevinc gətirir. Çətin anlarda nəinki bir şəxsin, hətta bütöv bir obanın, ucu-bucağı görünməyən bir ölkənin dadına çatır, müharibələri sovuşdurur. Həmişə və hər üerdə səadətə, xoşbəxtliyə layiq olanlara təbəssüm dolu işıqlı günlər bəxş edir, yersiz kədərlənənlərin qəm karvanını dağıdır, ümid çıraqlarını sönməyə qoymur. Bu mənada xalq yaradıcılığı bulağından su içməyən Azərbaycan türkünə rast gəlmək mümkün deyil. Yüksək bədiilik, hikmət, sehir, möcüzə, fantaziya düzümlü-biçimili bədii sözlə hələ beşikdə ikən böyüklərin ağzından çıxıb körpələrine qanına, canına, iliyinə süzülür. Müdrik ulularımızın dedikləri kimi: «Uşaq ana bətnində böyüyər». «Uşaq sözün düzünü deyər». «Bugünkü uşaq, Sabahkı qoçaq»dır. Folklor həm də uşaqların hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətinin formalaşmasına böyük təsir göstərir. Böyüklərin oxuduqları mahnılarla ovuna-ovuna, nağıllarla sehir, möcüzə aləminə qovuşa-qovuşa, tapmacalalarla düşünə-düşünə onlar yaratmaq, söz demək həvəsinə düşürlər. Görkəmli rus uşaq yazıçısı Korney Çukovskinin sözləri ilə desək: «…İki və daha böyük yaş dövründə uşaqlar özləri də yaratmağa başlayırlar və həqiqi folklor incilərinin yaradıcısı olurlar». Uşaqların yaradıcılığı bütün zamanlarda böyüklərin yaradıcılığı ilə yanaşı inkişaf etmişdir, bir nəsildən başqasına ötürüüldükcə bəzən yaşlılar və ya uşaqları tərəfindən dəyişdirilib cilalanmış, yeni forma və məzmun kəsb etmişdir. Məhz buna görə bir çox hallarda uşaq folkloru böyüklərə aid nümunələrin içərisinə qarışmışdır. Bu gün bir sıra yanıltmacların, düzgülərin uşaqlar, yoxsa böyüklər yaratdığını düzgün müəyyənləşdirmək çətindir. Lakin uşaqların yaradıcılığı tükənməzdir, özünəməxsusdur. Zəngin xalq yaradıcılığı xəzinəsində dil və üslub xüsusiyyətlərinə, formasına, məzmununa görə tamamilə fərqlənən elə nümunələr var ki, onlar yalnız uşaqların yaradıcılıq təxəyyülünün məhsuludur. Başqa sözlə, böyüklərin «redaktə»sindən kənarda qalan sırf uşaq təfəkkürünün məhsulu olan poetik əsərlərə də rast gəlmək mümkündür. Beləliklə, uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilib-düzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyabaxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın. Uşaq folkloru iki istiqamətdə - həm böyüklərin (nağıllar, tapmacalar, laylalar, oxşamalar və s.), həm də uşaqların yaradıcılığı (dolamalar, acıtmalar, öcəşmələr, oyun nəğmələri və s.) hesabına zənginləşir. Bədbinlik, inamsızlıq, ümidsizlik, nigarançılıq, bədbinlik, kədər, faciəlilik tamamilə uşaq folkloruna yaddır. Əksinə, sevinc, fərəh, xoşbəxt gələcəyə inam, nikbin əhval-ruhiyyə, oynaqlıq uşaq folklorunun canını təşkil edir. Uşaq folkloruna aid bədii nümunələr yalnız uşaqların dilində işlənən sözlərdən qurulur (ana nəğmələrindən başqa). Uşaqların başa düşmədiyi ifadələrlə və təsvir vasitələri ilə yüklənmir. Uşaqlar xoşlamadıqları oyuncaqları əllərinə götürmür, ya da tezliklə sındırıb atırlar. Ədəbiyyata, folklora münasibəti də belədir - zövqlərini oxşamayan bədii əsərləri yaddaşralarına həkk etmir, eştimək istəmir və aralarında yayıb yaşatmırlar. Onlar oyunarla bağlı yaranan xalq yaradıcılığı nümunələrinə daha çox meyl göstərirlər. Ədəbiyyat və incəsənət (xüsusi olaraq şifahi xalq yaradıcılığı - folklor) milyonlarla adam üçün sevinc və ilham mənbəyidir, onların iradəsini, duyğu və düşüncələrini, hiss və həyəcanlaroını, arzu və istəklərini ifadə edən, bəşər övladını ideyaca zənginləşdirən, əxlaqi cəhətdən tərbiyələndirib mənəvi saflığa doğru aparan vasitədir. Bu mənada Azərbaycan türklərinin uşaq folklorunun tədqiqinə böyük ehtiyac duyulur. Təsadüfi deyil ki, dünya xalqlarının əksəriyyətində poetik şifahi xalq yaradıcılığının bu mühüm sahəsi üzrə sanballı elmi-tədqiqat işləri yazılmışdır. Nədənsə, bizdə bu sahədə fəaliyyət ürəkaçan deyil. XX yüzilliyimn iyirminci illərindən başlayaraq əksər Avropa ölkələrində (Rusiya və keçmiş sovet respublikaaları bu sahədə daha fəal olmuşdur) uşaq folkloru bir sıra alim və yazıçının doğma mövzusuna çevrilmişdir. QS. Vinoqradov və O.İ. Kapisanın, demək olar ki, bütün elmi fəaliyyəti rus uşaq folklorunun toplanması, nəşri və tədqiqinə həsr olunmuşdur. Sonrakı illərdə isə folklorşünaslarının böyük bir dəstəsi keçmiş SSRİ məkanına daxil olan müxtəlif xalqların uşaq folklorunun aktual problemlərinin həlli üzərində araşdırmalar aparmışlar. Rus, ukrayna, belarus, latış, litva, komi, gürcü, abxaz, mordva, tatar, tacik, özbək və Dağıstan xalqlarının uşaq folkloru V.P. Anikin, A.D. Baransev, Q.A. Bartaşeviç, B.A. Beçak, V.A. Vasilenko, O.N. Qreçanina, V. Qreble, Q.V. Dovjenok, Q.A. Cahangirov, A. Yevseyev, P.Z. Zandukeli, P. İokimaytene, M.Q. Kitaynik, S.Q. Lazutin, E.S. Litvin, T.S. Mamaladze, N.S. Malaşenko, M.N. Melnikov, A.N. Martınova, V.V. Merlin, M.A. Muxlinin, M.Y.Noviskaya, M.V.Osorina, Y.V. Pomerenseva, İ.O. Putilova, V.Y. Propp, A.M. Rıbnikova, İ.İ.Rozanov, Q.Y. Roçev, A. Safarov, E.N. Tarakina, R.M. Xalidova, A.R. Xaşba, M.N. Eliaş, K. Çukovski, B. Şirməhəmmədov, P. Şirmühəmmədov, F.R. Yaqafarov və başqalarının elmi əsər-lərində tədqiq süzcəgindən keçirilmişdir. Azərbaycanda isə uşaq folklorunun bizim tədqiqatadək hərtərəfli təhlil edilməməsi təəssüf doğurur. Bu sətirlərin müəllifi 1988-ci ildə «Azərbaycan uşaq folkloru» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, ümumittifaq və respublika mətbuatında elmi məqalələr çap etdirmişdir. Həmin tədqiqat işlərində Azərbaycan uşaq folklorunun şifahi xalq yaradıcılığında yeri müəyyənləşdirilir, xüsusiyyətləri göstərilir: Mənşəyi üzə çıxarılır, inkişafını şərtləndirən amillər müəyyənləşdirilir, toplanması, nəşri və tədqiqi tarixinə nəzər salınır, dövrləşdirilir, hər dövrün özünəməxsus əlamətləri verilir, uşaq folklorunun toplanıb nəşr edildiyi və saxlandığı mənbələr təhlil edilir; uşaq folklorumuzun yaranması, işlənmə dairəsi və funksiyalarına görə təsnif edilir, funksional qruplara bölünür - oyunlarla əlaqədar və oyunlarsız ifa olunan, böyüklər və uşaqlar tərəfindən düzülüb-qoşulan uşaq folkloru nümunələri təhlilə cəlb edilir; laylaların, oxşamaların, sanamaların, düzgülərin, tapmacaların, yanıltmacların, uşaq nağıllarının və s. janrların ideya-məzmunu açıqlanır, uşaqların məişətində tutduğu yer müəyyənləşir; uşaq folklorunu müəyyənləşdirən cəhətləri, eləcə də ayrı-ayrı janrlavrın forma, məzmun, dil və üslub çalarları göstərilir, uşaqlara məxsusluğu elmi dəlillərlə əsaslandırılır; uşaq folklorunun əhəmiyyəti, körpələrin boya başa çatmasında, düzgün tərbiyəsində, hərtərəfli inkişafında rolu şərh olunur. Tədqiqat üçün mənbə kimi XIX yüzilliyin ikinci yarısıfnda rus və Azərbaycan mətbuatında, uşaq jurnalalarında, dərsliklərdə, toplularda çap olunan, eləcə də şəxsi arxivlərdə saxlanan əlyazmalarda toplanmış materiallar, folklor ekspedisiyaları zamanı yazıya alınıb müxtəlif məcmuə və kitablara salınan nümunələr əsas götürülmüşdür. Müəllif özü də uşaqların və yaşlıların dilindən bir sıra uşaq folkloru janrlarını qeydə almışdır. Yeri gəldikcə, ayrı-ayrı xalq yaradıcılığı nümunələrinin variantları tutuşdurulmuş, müqayisələr aparılmaqla mətn dəqiqləşdirilmişdir. www.azmif.net
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə divar yazıları ilə milli fəala dəstək veriblər

2021-03-03

gun az article

Təbrizdə güllələnən qadın həyatını itirib

2021-03-03

gun az article

İşgəncə nəticəsində xəstəxanaya yerləşdirilən mədəni fəalın durumu haqqında qardaşı açıqlama verib

2021-03-03

gun az article

GünazTV March.02.2021-Özümüz: Şu'ubiyyə

2021-03-03

gun az article

GünazTV March.02.2021 -GÜNDƏM MASASI: İranda toplumsal ümidsizliyin səbəbləri

2021-03-03

gun az article

Saman Bidar həbs edilib

2021-03-02

gun az article

Aydın Zakiri və Siyamək Seyfi Xiyav İnqilab Məhkəməsinə çağrılıblar

2021-03-02

gun az article

Qərbi azərbaycanda koronovirusa yoluxanların sayı 114 min nəfərə yaxınlaşıb

2021-03-02

gun az article

Qərbi Azərbaycan əyalətində 6 ayda 2 ton 402 kiloqram narkotik maddə aşkar edilib

2021-03-02

gun az article

Qəzvinin tarixi “Mominan” evi acınacaqlı durumdadır

2021-03-02

gun az article

Həmdan əyalətində “Britaniya” virusu xəbərdarlığı

2021-03-02

gun az article

Həmədanda 41 maneken və fotoqraf saxlanılıb

2021-03-02

gun az article

Ərdəbil həbsxanasında cinayətlərin ayrılması prinsipi tətbiq olunmur

2021-03-02

gun az article

Əhvazda dörd ərəb məhbus edam edilib

2021-03-02

gun az article

Ərdəbil ETTELAAT-ı milli-mədəni fəal hədələyib

2021-03-02

gun az article

GünazTV March.01.2021: PARLAQ GƏLƏCƏK: Korona virusu və rejimin sağlamlıq siyasəti, Güney Azərbaycana qarşı ayrı-seçkilik

2021-03-02

gun az article

GünazTV March.01.2021: Paylaşım programı, 40-cı Bölüm.

2021-03-01

gun az article

Təbriz Bələdiyyəsinin işçiləri yenidən etiraz aksiyası keçirirlər

2021-03-01

gun az article

İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb

2021-03-01

gun az article

Şəbistər-Şərəfxana yolunda qəzada 4 nəfər həyatını itirib

2021-03-01