SON XƏBƏRLƏR

Rusiya Ukrayna müharibəsində istifadə üçün İran pilotsuz təyyarələrinin ilk partiyasını alıb

2022.08.30, 04:55
Rusiya Ukrayna müharibəsində istifadə üçün İran pilotsuz təyyarələrinin ilk partiyasını alıb

Gunaz.tv

Qəzet Amerikadakı bir neçə təhlükəsizlik rəsmisinə istinadən yazıb ki, yük avqustun 28-də İranda Rusiya təyyarələrinə yüklənərək Moskvaya aparılıb.

CNN Amerika hökumət rəsmilərinə istinadən xəbər verir ki, ruslar bu ayın əvvəlində İran hava limanlarından birində pilotsuz təyyarələri qəbul edib və bu ayın ortalarında yük təyyarələri vasitəsilə Rusiyaya təhvil veriblər.

“Vashinqton Post”un yazdığına görə, Rusiya qüvvələri ilkin sınaqlarda pilotsuz təyyarələrdə qüsurlar görüb və bu, Rusiyanın narazılığına səbəb olub.

Amerikanın müttəfiqi olan ölkələrdən birində pilotsuz təyyarələrin təhvil verilməsini yaxından izləyən təhlükəsizlik rəsmisi “Vashington Post”a açıqlamasında bu pilotsuz təyyarələrin sistemində bəzi səhvlərin olduğunu və rusların bundan məmnun olmadığını bildirib.

İlk dəfə Amerikanın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan iyulun 11-də Ağ Evdə deyib ki, İran Rusiyaya yüzlərlə döyüş pilotsuz təyyarəsi verəcək və Rusiya qüvvələrinə Ukrayna müharibəsində bu dronlardan istifadə etmək üçün təlim keçəcək.

Rusiyanın Ukraynaya hərbi hücumu zamanı İran Rusiyanın tərəfində olub və Əli Xameneyi iyulun 19-da Vladimir Putinlə görüşündə onun bu müharibədəki “təşəbbüsünü” yüksək qiymətləndirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar