SON XƏBƏRLƏR

Rusiya və İran prezidentləri görüşüb

2022.07.19, 17:09
Rusiya və İran prezidentləri görüşüb

Gunaz.tv

Görüşdə çıxış edən İran Prezidenti bildirib ki, ölkələr arasında təcrübə və əməkdaşlıq sayəsində region daha təhlükəsiz olub.

"Əlaqələrimiz və terrorla mübarizədə əməkdaşlığımız sübut etdi ki, biz qarşıya qoyduğumuz məqsədlərə nail ola bilərik. Hesab edirəm ki, bu, regionumuzda təhlükəsizlik səviyyəsinin yüksəldilməsi baxımından çox dəyərli və yaxşı təcrübədir", - Rəisi deyib.

Putin öz növbəsində qeyd edib ki, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirməklə Suriya böhranının həllinə mühüm töhfə verilə bilər.

Tehranda Rusiya Prezidenti İranın ali dini lideri Ayətullah Əli Xameneyi ilə də görüşüb.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar