SON XƏBƏRLƏR

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

2021.11.03, 16:08
Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Gunaz.tv

Məlumatı Sibir Avia-axtarış xilasetmə mərkəzi yayıb.

Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.

Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.

Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarənin qalıqlarının tapılmasını təsdiqləməyib.

Hadisə yerinə xilasedicilər göndərilib.

Son məlumata görə, İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. 

“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib. 

Təyyarənin göyərtəsindəki daha 5 nəfərin taleyi hələlik naməlumdur.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar