SON XƏBƏRLƏR

Rusiyalı general Qərbin “qara siyahı”sına niyə düşdü?- "Bu sanksiyalar çəkindirici məqsəd daşıyır"

2022.03.04, 08:35
Rusiyalı general Qərbin “qara siyahı”sına niyə düşdü?- "Bu sanksiyalar çəkindirici məqsəd daşıyır"

Gunaz.tv

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı kimi ötən il sentyabrın 6-da öz missiyasını başa vurub, 2020-ci ilin payızında münaqişədən sonra sülhməramlı kontingentinin komandiri təyin edilmişdi. 2022-ci il yanvarın 11-dən Rusiya sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik etməkdədir.

Rusiyanın minlərlə generalı sırasında R.Muradovun hədəfə çıxması təbii suallar doğurur. 

Rusiyanın bizə sülhməramlı kimi göndərdiyi əslən tabasaran olan generalı Avropa niyə cani sayır - bu, qaranlıq məsələ olaraq qalır. 

Ehtiyatda olan kapitan Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirib ki, general Muradova sanksiya tətbiqinin səbəbi var. Onun sözlərinə görə, bu məhdudiyyətlər onun separatizmə dəstək verməsinə cavab tədbiridir. 

Ü.Cəfərov xatırlatdı ki, Muradov Gürcüstana qarşı Abxaziyada separatçılara hamilik edib, dəstək olub: “Azərbaycandan əvvəl Abxaziyada sülhməramlıların komandanı olub, Gürcüstana qarşı fəaliyyət göstərib. Muradov Putinə yaxın şəxsdir, indi onun xarici səfərlərinə məhdudiyyət qoyulub. 

Biznesmen də deyil ki, puluna sanksiya qoyulsun”. 

Müsahibimiz bildirdi ki, general Qarabağda olduğu müddətdə zərrə qədər sülhyaratma missiyası ilə bağlı irəliləyişə nail olmayıb: “Özümüzə təskinlik tapmalıyıq ki, haqq-ədalət yerini tutur.

Ancaq bu da azdır, daha sərt sanksiyalar qoyulmalıdır və elə olmalıdır ki, təsirini tez hiss etsinlər, gələcəkdə bu cür yekəxanalıqlar etməsinlər. İndiki sanksiyalar çəkindirici məqsəd daşıyır. 

Amma Muradov hara gedir ki?! O, Moskva-Rostov arasında hərəkət edir”.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar