SON XƏBƏRLƏR

"Rusiyanın forpostu olan Ermənistan Avropanın özü üçün də təhlükədir"-Baş redaktor

2022.05.23, 09:54
"Rusiyanın forpostu olan Ermənistan Avropanın özü üçün də təhlükədir"-Baş redaktor

Gunaz.tv

Bu öhdəliklərə görə, sərhəd məsələləri ilə bağlı komissiyaların birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq, nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi üçün baş nazirlərin müavinləri səviyyəsində iş davam etdiriləcək, habelə, sülh müqaviləsi üzrə yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər”.

Bunu “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.  

O bildirib ki, beləliklə Ermənistan köhnə öhdəliklərini təzələdi: 

“İndi gözləyək görək, Ermənistan tərəfi Brüsselde keçirilən növbəti görüşdən sonra sözünü tutacaqmı?! Bundan əvvəl keçirilən iki görüşün – 14 dekabr və 6 aprel görüşlərinin nəticəsi hələ də kağız üzərində qalır. Paşinyan indiyə kimi imzaladığı bütün sənədlərin, verdiyi bütün vədlərin real icrasından qaçır.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü və israrı ilə görüşlərin mütəmadi xarakter alması göstərir ki, Aİ münasibətlərin normalaşaması və regionda sabitliyin dayanıqlı olmasında maraqlıdır. Avropa İttifaqının regionda maraqlarının olması heç kimə sirr deyil”. 

Baş redaktorun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin aktiv fazasında Avropa Azərbaycana ehtiyac hiss edir: 

“Enerji böhranından çıxmaq üçün Azərbaycanı real partnyor kimi görür. Məlumdur ki, Avropanın Ermənistana hər hansı şəkildə əlahiddə ehtiyacı yoxdur. Amma Ermənistanın regionda Rusiyanın forpostu kimi qalmasını arzulamır. Rusiyanın forpostu olan Ermənistan bütün region, eyni zamanda Avropanın özü üçün də təhlükədir.

Ona görə ki, indiyə qədər apardığı siyasəti davam etdirdiyi təqdirdə Azərbaycanın uzunmüddət Ermənistanın siyasi “şıltaqlıq”larına dözməyəcəyini Avropa liderləri də yaxşı bilir. 

2020-ci ilin 27 sentyabrında olduğu kimi, Azərbaycan öz hüquqi və tarixi ərazisində növbəti antiterror əməliyyatları ilə 10 noyabr Bəyanatına uyğun olaraq, ərazisindəki qanunsuz erməni hərbi birləşmələrinin yerləşməsinə də son qoya, eyni zamanda bu əməliyyatların nəticəsi olaraq sərhədlərin delimitasiya və demarkasiyası prosesini də yekunlaşdıra bilər.

Bu isə enerji böhranının indiki mərhələsində Avropanın problemlərini bir az da artırmış olar. Bu səbəbdən də Avropa siyasi və iqtisadi maraqlarına uyğun olaraq, Aİ-nin və Şarl Mişelin timsalında regionda sabitlik üçün barış missiyası kmi çıxış edir. Paşinyan isə Avropa İttifaqı ilə də münasibətləri manipulyativ metodlarla uzatmağa, investisiyaların dayandırılmaması üçün çalışır.

Lakin Rusiyanın qorxusundan heç bir vədə, imzaladığı sənədlərə sahib çıxa bilmir”. 

R.Becanov qeyd edib ki, Brüsseldə dünən keçirilən görüşdə də Azərbaycan Prezidentinin aşkar üstünlüyü görünürdü: 

“Prezident birmənalı şəkildə yenidən bəyan etdi ki, Azərbaycan 6 aprel görüşündən irəli glən bütün məsələləri həll edib. Paşinyan isə ümumi sözlərlə, indiki danışıqların səmərəli olacağına, sabitliyə və problemlərin hərtərəfli həllinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Bu, bir daha göstərdi ki, Ermənistan müstəqil dövlət olmadığından, müstəqil siyasi kursa da malik deyil. Paşinyanın vədləri, imzaladığı sənədlər Ermənistana qayıdan kimi hüquqi qüvvəsini itirir və Rusiyanın forpostu olaraq, gələcək yeni təlimatı gözləyir”. (Cebheinfo.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar