SON XƏBƏRLƏR

Rusiyanın Ukraynadakı itkiləri 163 mini ötdü

2023.03.17, 09:00
Rusiyanın Ukraynadakı itkiləri 163 mini ötdü

Gunaz.tv

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 163 320 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 2 tank, 13 zirehli döyüş maşını, 14 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. (Cebhe.info)

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar