SON XƏBƏRLƏR

ATƏT Rusiyanın qondarma DXR və LXR-i tanımaq qərarını pisləyib

2022.02.22, 05:07
ATƏT Rusiyanın qondarma DXR və LXR-i tanımaq qərarını pisləyib

Gunaz.tv

Bu barədə təşkilatın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Bu addım Minsk razılaşmalarına zidd olaraq beynəlxalq hüququn və ATƏT-in fundamental prinsiplərinin pozulmasıdır. 

Bütün ATƏT-ə üzv dövlətlər kimi, Rusiya da digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa öhdəliyini götürüb. Biz Rusiyanı dərhal qərarı ləğv etməyə çağırırıq", - məlumatda deyilir.

ATƏT rəhbərliyinin fikrincə, bu cür tanınma yalnız gərginliyi artıracaq və qeyd olunan ərazilərdə yaşayan əhalini Ukraynanın qalan hissəsindən ayıracaq. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar