ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22 14:39

Hazırda COVID-19-a qarşı 200 vaksin kliniki və klinikəqədər sınaqlar mərhələsindədir. Hələ ki, onlardan ən azı birinin işə yarayacağına heç bir zəmanət yoxdur. Lakin 2021-ci ilin sonunadək 2 milyard doza effektli və təhlükəsiz vaksinə sahib olmaqdan ötrü əlimizdən gələni etməliyik.

Gunaz.tv Quote | Gunaz article


AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Adhanom Qebreyesus bu barədə Cenevrədə brifinqdə deyib.


Qebreyesus vaksinin işlənib hazırlanması üçün ÜST-nin himayədarlığı ilə yaradılan COVAX Alyansına böyük ümidlər bəslədiyini bildirib.


Doktor Tedros qeyd edib ki, Alyans çərçivəsində aparılan fəaliyyət effektli vaksinin axtarışının yarışma ruhunda deyil, əməkdaşlıq ruhunda icra olunacağına zəmanət verir.


İndiyədək yüksək gəlirə malik 64 ölkə COVAX Alyansına rəsmi olaraq qoşulub. Sənaye cəhətdən inkişaf etmiş daha 38 ölkə müvafiq sənədi ən yaxın günlərdə imzalayacaq. Alyansın tərkibində, həmçinin aşağı gəlirə malik 92 ölkə var və onlar maliyyə dəstəyinə ehtiyac duyurlar. Ümumilikdə, bu təşkilat çərçivəsində 156 ölkə vaksinin işlənib hazırlanmasına yardım göstərəcəklərini vəd ediblər, yaxud da ümumi ehtiyatdan vaksinin alınması hüququnu qabaqcadan əldə ediblər. Alyansın iştirakçı-ölkələrinin payına dünya əhalisinin 64 faizi düşür.


Bu təşkilat çərçivəsində dövlətlər maliyyə və elmi resurslarını birləşdirə, hər hansı ayrıca namizəd-vaksinin işlənib hazırlanması zamanı uğursuzluqdan sığortalana və uğurlu tədqiqatların rentabelliyini təmin edə bilərlər.


“COVAX Alyansının məqsədi hamını ədalətli şəkildə koronavirus əleyhinə vaksinlə təmin etməkdir”, - deyən ÜST rəhbəri bütün ölkələri bu Alyansın uğurlarına imkan yaratmağa səsləyib.


ÜST-nin baş direktoru qeyd edib ki, təşəbbüsün həyata keçirilməsi üçün əlavə investisiyalar tələb olunur. Hələ ki, ölkələr koronavirusa qarşı mübarizə vasitəsinin axtarışına, o cümlədən COVAX vasitəsilə 3 milyard dollar ayırıblar. Lakin qarşıya qoyulan məqsədlərə nail olmaqdan ötrü 35 milyard dollar tələb olunur. Onun sözlərinə görə, 15 milyard dollar “dərhal lazımdır”.


ÜST rəhbəri bildirib ki, hazırda COVID-19-a qarşı 200 vaksin kliniki və klinikəqədər mərhələdədir. Bununla yanaşı, o vurğulayıb ki, hələ onlardan ən azı birinin işə yarayacağına heç bir zəmanət yoxdur.


Xatırladaq ki, Azərbaycan GAVI Alyansı (Global Alliance for Vaccines) ilə COVID-19 koronavirusuna qarşı vaksinin alınması barədə razılaşma əldə edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.   (AZƏRTAC)


A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19

gun az article

Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19

gun az article

İranda daha 337 nəfər koronavirusdan vəfat edib, 4251 nəfər virusa yoluxub

2020-10-19

gun az article

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

2020-10-19