SON XƏBƏRLƏR

Ustad Barışmaza həsr olunan yaradıcılıq gecəsinin mesajı: “Gəl barışaq” – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ustad Barışmaza həsr olunan yaradıcılıq gecəsinin mesajı: “Gəl barışaq” – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, 2017-ci ilin dekabr ayında Güney Azərbaycanın Marağa şəhərinin Əbdülqadir Marağalı Mədəniyyət və İncəsənət Kompleksində Barışmaz təxəllüsü ilə tanınan görkəmli şair, yazıçı və ədəbiyyatçı ustad Heydər Abbasinin yaradıcılıq gecəsi keçirilib.

 

Çox sayda mədəniyyət və incəsənət xadiminin qatıldığı mərasimdə görkəmli şairin müxtəlif sahələrdəki fəaliyyəti təqdir olunmuşdur.

 

Məlumata görə, Türk dili və mədəniyyətinin qorunub saxlanılması üçün yaradıcılıq gecəsində edilən məruzələr və təqdim olunan elmi-ədəbi məqalələr əsasında “Gəl barışaq” adlı bir əsər nəşr olunub.

 

Ustad Barışmazın evinə toplaşan mərasim iştirakçıları keçirilən yaradıcılıq gecəsində ortaq məxrəci təmin edən məqamlara toxunaraq aşağıdakı təklifləri irəli sürüblər.

 

Birinci təklif Güney Azərbaycanın incəsənət, elmi və mədəni sahəsindəki məşhur şəxsiyyətlərinin yaşadığı yerlərin xüsusi qalıcı lövhənin üzərində qeyd olunub saxlanılması məsələsidir.

 

İkinci təklif Marağanın Qaranaz qəsəbəsinin “Vərcəvi” adının təhrif olunmamış formasına qaytarılması, yəni “Vərevi” şəklində yazılması ilə bağlıdır. Ustad Barışmaz öz kitablarının birində bu məsələyə işarə edib.

 

Digər təklif, ustad Barışmazın şeirlərinə musiqi bəstələnməsi, əsərlərinin nəşri üçün mərkəz yaradılması və “Ustad Barışmaz” adına muzeyin təsis edilməsi ilə əlaqədar olub.

 

Görüşdə, keçirilən yaradıcılıq gecəsindəki təkliflər nəzərə alınaraq mədəni sahədəki atılacaq bəzi addımlar müəyyənləşdirilib.

 

Heydər Abbasi 1943-cü ildə (hicri şəmsi təqvimi ilə 1322-ci il) Güney Azərbaycanın Marağa şəhərində doğulub. İbtidai təhsilini doğulduğu şəhərdə alan şair, ingilis dili ixtisası üzrə ali təhsil alıb.

Heykəltəraş, xəttat və rəssam kimi də tanınan ustad Barışmaz türk, ərəb, ingilis, fransız, rus və fars dilllərini mükəmməl bilir. Ən çox türk dilində yazıb-yaradan şair 50-dən çox dəyərli əsərin müəllifidir. Nəhcül-Bəlağənin təfsiri və türkcə tərcüməsi, Dartılmış dənələr, Çağırılmamış qonaqlar, Səs və divarlar və s. onun qiymətli əsərləri sırasındadır.

 

 

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar