SON XƏBƏRLƏR

Ustad Eyvaz Tahanın Zəncan universitetində planlaşdırılan çıxışı ləğv edilib

2021.10.20, 07:36
Ustad Eyvaz Tahanın Zəncan universitetində planlaşdırılan çıxışı ləğv edilib

Gunaz.tv

GünAz TV: Hökumət orqanları öyrəncilərin ustad Eyvaz Tahanın Zəncan universitetində planlaşdırdıqları çıxışı ləğv edib.

 

Bu barədə tanınmış azərbaycanlı fəlsəfə ustadı Eyvaz Taha öz şəxsi səhifəsində məlumat yayıb.

 

“Mənim Zəncan universitetində oktyabrın 31-nə təyin olunan çıxışım ləğv edildi. Cavad Təbatəbayinin də Təbriz universitetində noyabrın 7-nə nəzərdə tutulmuş çıxışı ləğv edilib. Mənim çıxışımı əhalinin bir hissəsi kimi öyrəncilər planlaşdırdı, lakin dövlət onu ləğv etdi. Halbuki, Təbatəbayinin çıxışına dövlət təşəbbüs göstərdi, amma öyrəncilərin təzyiqi ilə ləğv edildi”- deyə o yazdığı mətndə bildirib.

 

Cavad Təbatəbayi əslən Azərbaycan türkü olmasına rəğmən paniranizm və panfarsizm təfəkkürünə pərçimlənmiş vəziyyətdədir. O ölkədə türk kimliyini inkar edərək İran adı altında fars millətçiliyini var gücü ilə müdafiə edir. C.Təbatəbayinin paniranizm uğrundakı radikal fikirləri türk düşmənliyi kimi qiymətləndirirlir.

 

Filosof, yazıçı və jurnalist Eyvəz Taha Güney Azərbaycanın Muğan şəhərindəndir. O uzun illərdir Azərbaycan türk millətinin tarixi, mədəniyyəti və fəlsəfi düşüncəsinin tanıtdırması uğrunda səmərəli fəaliyyət göstərir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar