SON XƏBƏRLƏR

Ustad Həsən Dəmirçi istintaqa çağırılıb

2021.10.20, 07:36
Ustad Həsən Dəmirçi istintaqa çağırılıb

Gunaz.tv

GünAz TV: Son 4 ay ərzində azərbaycanlı musiqi ustadı Həsən Dəmirçi (Azərbaycan) ikinci dəfə Təbriz şəhərinin istintaq idarəsinə çağırılıb.

 

2012-ci il aprelin 16-da (1391-ci il fərvərdinin 28-də) istintaqa çağırılan Dəmirçi, mütəntiq tərəfindən sorğu-suala tutulub və ona qarşı irəli sürülən ittiham elan edilib. O, sistemin əleyhinə təbliğdə günahlandırılıb.

 

Məlumata görə, azərbaycanlı musiqi ustadı, mərhum Sadiq Əvəzpurun yas mərasimi ilə bağlı türkcə yazılıb və yayılan Bildirişlərin Dəmirçinin də həmtəsisçisi olduğu “Azərbaycan Mədəniyyət Ocağı” tərəfindən çap edilməsi olub.

İttiham elan edildikdən sonra zəmanət qərarı çıxarılıb. Qərara görə mülki vəsiqə 10 milyon tümən dəyərində olmalıdır.

 

Qeyd edək ki, bundan öncə mərhum Sadiq Əvəzpurun yas mərasimi ilə bağlı türkcə yazılmış Bildirişlər mərhumun iki oğlu və daha bir qohumlarının tutuqlanıb və sorğu-suala tutulmasına səbəb olmuşdur. Ümumiyyətlə Güney Azərbaycanda toy və yas mərasimində türkcə Bildiriş yazdırmaq böyük bir problemə çevirilibdir. Keçmişdə  də oxşar problemlər dəfələrlə yaşanıb və tutuqlamalara səbəb olub.

 

Xatırladaq ki, musiqi ustadı Həsən Dəmirçi Azərbaycan mədəniyyəti üzərində fəaliyyət etdiyi üçün dəfələrlə rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb və tutuqlanıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar