SON XƏBƏRLƏR

Ustad Həsən Dəmirçinin ailəsinə bu məsciddə mərasim keçirmə icazəsi verilmədi

2021.10.20, 07:36
Ustad Həsən Dəmirçinin ailəsinə bu məsciddə mərasim keçirmə icazəsi verilmədi

Gunaz.tv

GünAz TV: İyunun 24-də Təbrizin “Ali nəsəb” xəstəxanasında vəfat edən tanınmış azərbaycanlı milli-mədəni fəal və musiqi ustadı Həsən Dəmirçinin (Həsən Azərbaycan) ailəsi mərhumun 3 mərasimini Tubaiyyə məscidində keçirmək istəyib, lakin Ettelaat əməkdaşları buna imkan verməyib.

 

Məlumata görə, hətta mərasim üçün hazırlanan bildirişlər belə Ettelaat əməkdaşları tərəfindən zəbt olunub. Onlar bildirişlərin çap olunduğu Bəhmən çapxanasına müraciət edərək hazırlanan bildirişləri özləri ilə götürüb və zəbt ediblər.

 

Bununla kifayətlənməyən Ettelaat əməkdaşları çapxananın müdiri Hüseyn Tahirini (Atilla Çapçı) təhdid edərək onun iş yerində axtarış da aparıblar.

 

Mərhum Həsən Dəmirçinin 3 mərasiminin çərşənbə günü, iyunun 27-də yerli vaxtla saat 18:00-dan 20:00-dək Təbrizin Tubaiyyə məscidində keçirilməsi nəzərdə tutulmuşdur, lakin Ettelaat İdarəsinin təzyiqi ilə üzləşən məscid işçiləri heç bir izah vermədən mərasimi ləğv ediblər.

 

Ürək infarktı keçirən tanınmış fəal may ayının əvvəllərində “Ali Nəsəb” xəstəxanasına yerləşdirilmişdir. O xəstəxanada müalicə aldığı müddətdə Güney Azərbaycanın müxtəlif şəhərlərindən çox sayda milli-mədəni fəal “Ali nəsəb” xəstəxanasına gedərək ustadın vəziyyəti ilə maraqlanmışdır.

 

Mərhum H.Dəmirçi vəfatından bir gün sonra iyunun 25-də Təbrizdə “Vadi rəhmət” qəbiristanlığında dəfn olunub.

 

H.Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. O şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr etmişdir. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

 

Mərhum H.Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalmışdır.

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar