SON XƏBƏRLƏR

Ustad Həsən Dəmirçinin səhhəti ilə bağlı son məlumat

2021.10.20, 07:36
Ustad Həsən Dəmirçinin səhhəti ilə bağlı son məlumat

Gunaz.tv

GünAz TV: Təbrizin “Ali nəsəb” xəstəxanasında müalicə alan tanınmış azərbaycanlı fəal, musiqi ustadı Həsən Dəmirçinin vəziyyətinin yaxşılığa doğru dəyişdiyi bildirilir.

 

Təbrizli milli-mədəni fəal xanım Nəsim Sadiqinin iyunun 19-da verdiyi məlumata görə, “ustad H.Dəmirçinin ümumi vəziyyəti yaxşılaşıb, lakin huşu tam özünə gəlməyib, hətta duyum səviyyəsi müəyyən qədər aşağı da düşüb.”

 

Onun böyrəklərinin işə düşdüyü və 50 faizdən çox normal işlədiyi də bildirilir.

 

Ustad Həsən Dəmirçinin son vəziyyəti ilə bağlı bildirilir:

-        İdrarı şəffafdır, bu, müalicə baxımından yaxşı əlamətdir.

-        Tənəffüsünün vəziyyəti normaldır. Ağır ürək əməliyyatı keçirdiyini nəzərə aldıqda ürək döyünməsi də yaxşı sayılır.

-        Cərrahi əməliyyatdan sonra beynində yaranan qan pıhtılarının faizi azalıb.

-        Hazırda ətrafdakı səsləri eşidə bilir.

 

Həkimlər ustadın yaxınlarından yanında olmalarını və onunla daha çox söhbət etmələrini istəyiblər. Ona görə ki, yaxınlarının səsini eşitməsi onun huşunun özünə gəlməsində müsbət təsiri var. Həkimlər ustadın tam özünə gəlməsi üçün musiqi sədalarından da istifadə edəcəklərini bildiriblər.

 

Ürək infarktı keçirən Azərbaycan Milli Hərəkatının tanınmış fəalı may ayının əvvəllərində Təbrizin “Ali Nəsəb” xəstəxanasına yerləşdirilib, o ürəyindən ağır cərrahi əməliyyat olunub.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar