SON XƏBƏRLƏR

Ustad Həsən Dəmirçinin səhhəti ilə bağlı xoş xəbər

2021.10.20, 07:36
Ustad Həsən Dəmirçinin səhhəti ilə bağlı xoş xəbər

Gunaz.tv

GünAz TV: Təbrizin “Ali nəsəb” xəstəxanasında müalicə alan tanınmış azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçinin son vəziyyəti ilə bağlı ümidverici xəbər yayılıb.

 

Bu barədə ötən gün milli-mədəni fəal Davud Şiri öz Twitter səhifəsində məlumat paylaşıb.

 

“Bir ay intizardan sonra dünən ustad Həsən Dəmirçinin “Ali nəsəb” xəstəxanasında huşa gəlmək üzrə olduğu xəbərini eşitdim. Azərbaycan Milli Hərəkatının piri ustad H.Dəmirçinin oğlu Mazyar bildirdilər ki, atası “mənim səsimi eşirdirsən?” sədasına kirpiyini tərpətməklə cavab verib”- deyə məlumatda qeyd olunub.

 

Bu hadisədən xoşhal olan D.Şiri bildirib ki, bu xəbər gözlədiyimiz müddətdə eşitdiyim ən sevindirici xəbərdir.

 

Ürək infarktı keçirən tanınmış fəal may ayının əvvəllərində “Ali Nəsəb” xəstəxanasına yerləşdirilib, o ürəyindən cərrahi əməliyyat olunub.

 

Tanınmış fəal xəstəxanada müalicə aldığı müddətdə  Güney Azərbaycanın müxtəlif şəhərlərindən çox sayda milli-mədəni fəal “Ali nəsəb” xəstəxanasına gedərək ustadın vəziyyəti ilə maraqlanıblar.

 

“Həsən Azərbaycan” adı ilə tanınan Həsən Dərmirçi Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Davud Şirinin paylaşdığı məlumat:

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar