SON XƏBƏRLƏR

Ustad Həsən Dəmirçiyə bəstələdiyi mahnıya görə ittiham irəli sürülüb

2021.10.20, 07:36
Ustad Həsən Dəmirçiyə bəstələdiyi mahnıya görə ittiham irəli sürülüb

Gunaz.tv

GünAz TV: Oktyabrın 8-də (mehrin 16-da) ustad Həsən Dəmirçi (Həsən Azərbaycan) Təbrizin Saib xiyabanındakı ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb.

 

Həsən bəy saatlarca sorğu-suala tutulduqdan sonra axşam çağlarında buraxılıb. O, Oktyabrın 9-da (mehrin 17-də) Təbrizin İnqilab məhkəməsinin 4-cü şöbəsinə ezam edilib.

 

Müstəntiq Haşimzadə Həsən bəyin çağırılma səbəbini, onun Urmu Gölü ilə bağlı bəstələdiyi mahnı ilə izah edib. Müstəntiq bildirib ki, “siz bu mahnı ilə azərbaycanlıları Urmu Gölü ilə bağlı etiraz yürüşlərinə təhrik edirsiniz.”

 

Haşimzadə, Həsən bəyi sistemin əleyhinə təbliğdə ittiham edib.

 

Xatıırladaq ki, adını çəkdiyimiz azərbaycanlı müsiqi ustadı keçmişlərdədə oxşar təzyiqlərə məruz qalıb və həbsə düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar