Ustad Həsən Raşidi türk dili dərsliklərini tərtib etməyə hazır olduğunu bildirib

14.09.2019, 17:34

GünAz TV: Azərbaycan Milli Hərəkatının qocaman fəalı, tanınmış yazıçı ustad Həsən Raşidi Güney Azərbaycan məktəblərində türk dilinin tədrisi üçün dərsliklər tərtib etməyə hazır olduğunu deyib.

 

O Güney Azərbaycan Əyalətləri rəsmilərinin türk dilinin tədrisi istiqamətində sınaq dərslərinə başlanılacağı haqda açıqlamalar verdikdən sonra bu barədə bəyanat yayıb.

 

Mühəndis Həsən Raşidi Facebook səhifəsində yaydığı bir mətndə verilən açıqlamaları təhlil edərək dərsliklərin hazırlanmasından bəhs edib.

 

“Yeni dərs ilində türk dili dərslərinin eksperimental tətbiqi haqqında məsulların verdiyi açıqlamalar Azərbaycan camiəsi və bütün İran türkləri üçün önəmli xəbər oldu. Dərsliklərin məzmunu, həmçinin hansı siniflər və məktəblərdə tədris olunması hələlik sual altında olsa da, 40 ildən sonra konstitusiyanın 15-ci maddəsinin icrasına başlamağı müsbət addım kimi qiymətləndirmək lazımdır. Şübhəsiz ki, bu addım ağrıkəsiçi dərmanlar kimi müvəqqəti xarakter daşımamalı və konstitusiyanın 15, 19 və 48-ci maddələrinin icrası istiqamətində təmiz niyyətlə atılmalıdır.

 

Azərbaycan Mədəni Dərnəklər Birliyi birinci dəfə 2001-ci ildə fəaliyyətə başladı və bir neçə mədəni qurumla türk dili və mədəniyyətinin inkişafı uğrunda əməkdaşlıq etdi. Lakin bir neçə il sonra müvəqqəti olaraq fəaliyyətini dayandırdı.

 

Azərbaycan Mədəni Dərnəklər Birliyi 2013-cü ildə yenidən fəaliyyətə başladı və o zaman prezident Həsən Ruhaninin elan etdiyi 15-ci maddənin icrası istiqamətində müəyyən addımlar ataraq Azərbaycan türkcəsinin tədrisi üçün dərsliklərin tərtib etməsinə hazır olduğunu açıqladı. Hətta bununla bağlı prezidentin xüsusi yardımçısı Əli Yunisi ilə müzakirələr də aparıldı. Lakin sonralar konstitusiyanın 15-ci maddəsinin icrasına qarşı yaradılan məlum maneələr müzakirələrin dayandırılmasına səbəb oldu.

 

İndi yeni dərs ilində Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində bir neçə məktəbdə türk dili dərsliklərinin eksperimental tətbiqi barədə açıqlama verilib. Azərbaycan Mədəni Dərnəkləri Birliyi universitetet və orta məktəb müəllimləri, yazıçılar, həmçinin türk və fars dillərində kitab müəllifi olan üzvlərindən yararlanaraq birinci sinifdən orta məktəbin sonuncu sinifi, hətta universitet üçün türk dili dərslikləri hazırlaya bilər. Şübhəsiz ki, Azərbaycan və ölkənin digər türk bölgələrinin məktəblərində tədris olmaq məqsədi ilə hazırlanan dərsliklər Təhsil Nazirliyi ilə koosdinasiyalı şəkilində tərtib ediləcək. Biz dərslikləri tədris edəcək müəllimlərə kurs keçməyə də hazır olduğumuzu elan edirik.”- deyə mətnin bir hissəsində qeyd olunub.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24