Ustad Şəhriyarın büstünün təxrib edilməsi belə izah olundu – İran televiziyasında / VİDEO

19.04.2018, 03:57

GünAz TV: Xəbər verdiyimiz kimi, ötən günlərdə Ərdəbilin Parsabad şəhərində Azərbaycanın görkəmli şairi ustad Məhəmməd Hüseyn Şəhriyarın büstü naməlum şəxs və ya şəxslər tərəfindən təxrib edilib.

 

Baş verən hadisəyə aprelin 17-də İran televiziyasında işarə olunub. “Kanal 2”-nin “Titr 2” verilişində şairin büstünün təxrib olunmasını izah etməyə çalışsalar da, onun həqiqəti əks etdirmədiyini anlamaq mümkündür.

 

Aparıcı telefon əlaqəsini birbaşa yaymadan iddia edib ki, Parsabad Şəhər Şurasının üzvləri ilə əlaqə saxlayaraq baş verən hadisə barədə məlumat alıb.

 

“Mən Şura rəisi Musa Eyvəzzadə və Şura üzvü cənab Abdullahi ilə əlaqə saxladim və baş verən hadisənin səbəbini öyrəndim. Məlum oldu ki, şifahi bir qərara görə büstü olduğu yerdən götürüb daha münasib yerə qoymaq istəyiblər”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

https://www.youtube.com/watch?time_continue=18&v=153IqEUnbSE

 

Deyilən sözdən özünün də tam qane olmadığına eyham vuran aparıcı daha bir üstüörtülü söz deyib. O məsələnin təfərrüatına getmədən bildirib ki, ötən həftə büst təxrib olarkən “Şəhriyar” meydanında olan Şura üzvü vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Qeyd edək ki, Parsabadın “Şehriyar” meydanında 3 il əvvəl qoyulan büst ötən həftə naməlum şəxs vəya şəxslər tərəfindən təxrib olunub. Büst təxrib olunarək Şəhər Şurasının üzvlərindən birinin hadisə yerində olduğu bildirilir.

 

Hətta bu barədə ötən günlərdə Parsabad prokuroru bildirmişdir ki, “Ustad Şəhriyarın büstü təxrib olunarkən Şəhər Şurasının üzvlərindən biri hadisə yerində olub. Baş verənlərlə bağlı həmin şəxs məhkəməyə çağırılıb.”

 

Daha çox Şəhriyar təxəllüsü ilə tanınan Məhəmməd Hüseyn Behcət Təbrizi böyük Azərbaycan şairidir. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub, o şeirlərini Azərbaycan türkcəsi və fars dillərində yazıb.

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurlması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18

gun az article

Urmuda 6 məhkum edam edilib

2023-03-17

gun az article

"Hədis" animasiya filmi Onsi Beynəlxalq Festivalına qəbul edilib

2023-03-17

gun az article

Təbrizin mərkəzində milli məzmunlu şüarlar yazılmış baner asıldı

2023-03-17

gun az article

Azərbaycanlı yazıçı Süsən Nəvadeyi Rəzi vəfat edib

2023-03-17

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Cilovluq qətliamından günümüzə”- VİDEO

2023-03-17

gun az article

Xoyda zəlzələ baş verib

2023-03-16

gun az article

Güneyli fəallar Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göndəriblər

2023-03-16

gun az article

Səid Mətinpur: "Hüquqlarımızın tələbi ilə bağlı özümüz öncül olmalıyıq"

2023-03-16

gun az article

Minlərlə ərbədilli Balıqlı çayının sahilinə toplaşdı: Ənənəvi "Suüstü" bayram törəni keçirilib

2023-03-16

gun az article

“Görüş”: “Keçən ildə Quzey Azərbaycanda ən mühüm hadisələr” və  “Keçən ildə İranda və Güney Azərbaycanda baş verən hadisələr” 

2023-03-16

gun az article

Güneyli Nobel mükafatı laureatı: "SEPAH-ı terror təşkilatı kimi tanıyın"

2023-03-16

gun az article

“İranın Azərbaycandakı casus şəbəkəsi darmadağın edilməlidir”- Əhməd Obalı

2023-03-15

gun az article

Təbrizdə milli şüarlar səsləndirilib-VİDEO

2023-03-15