SON XƏBƏRLƏR

“Susuz və ac qalan insanları düşünün” – Zelenski kömək istədi

2022.03.08, 19:10
“Susuz və ac qalan insanları düşünün” – Zelenski kömək istədi

Gunaz.tv

Zelenski çıxışında bildirib ki, Ukraynaya hərbi müdaxilə nəticəsində Rusiya ordusu 11 mindən çox hərbçisini itirib:

“Dinc sakinlərin ərzaq ehtiyaclarına çıxışı məhdudlaşdırılır. Nəticədə insanlar arasında təşviş yaranır. 13 gün boyunca susuz və ac qalan insanları düşünün. Ukraynada 50-dən çox uşaq həyatını itirib. Onlar gəlib uşaqlarımızı bizdən aldılar”.

Zelenski qeyd edib ki, Ukrayna dünyanın ən böyük ordusuna qarşı mübarizə aparır:

“Biz raketlərlə və helikopterlərlə döyüşürük. 13-cü gün, 14-cü gün və 15-ci gün gəlincə bu davam edəcəkmi? Biz Ukrayna xalqı olaraq mübarizəmizi sonuna qədər davam etdirəyəcəyik”.

Daha sonra Zelenski Böyük Britaniyadan kömək istəyib: “Britaniyanın Baş naziri Boris Consona təşəkkür edirəm. Sizdən xahiş edirəm ki, təzyiqinizi artırın. Rusiyanı terrorçu ölkə kimi tanıyın”. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar