SON XƏBƏRLƏR

Putin G20 sammitinə gedəcək

2022.08.19, 10:03
Putin G20 sammitinə gedəcək

Gunaz.tv

Kremlin mətbuat xidmətinin məlumatına görə, bir gün əvvəl Putin Vidodo ilə telefonda danışıb, söhbət ərzaq təhlükəsizliyindən gedib. Bundan başqa, noyabrda İndoneziyada keçiriləcək G20 sammitinə hazırlıq məsələsinə də toxunulub.

"Prezident Putin mənə dedi ki, o, gələcək", - İndoneziya rəhbəri deyib. Onun sözlərinə görə, sammitə Çin sədri Si Cinpin də gələcək.

İndoneziyanın Rusiyadakı səfiri Xose Tavaresin verdiyi məlumata görə, Kiyev Vladimir Putin və Vladimir Zelenskinin tam zamanlı iştirak edəcəyi təqdirdə sammit kənarında görüş keçirmək xahişi ilə Cakartaya müraciət etməyib. Eyni zamanda o qeyd edib ki, İndoneziya belə danışıqları təşkil etməyə hazırdır.  (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar