SON XƏBƏRLƏR

"Putin informasiya köpüyü içindədir, müharibəni özü bitirə bilər"-Zelenski

2022.03.08, 10:31
"Putin informasiya köpüyü içindədir, müharibəni özü bitirə bilər"-Zelenski

Gunaz.tv

O, bu barədə ABC News-a müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Putin Ukraynada başlatdığı müharibəni bitirə bilər.

"Putin informasiya köpüyü içindədir, o, özü başladığı müharibəni bitirə bilər", - Ukrayna prezidenti bildirib.

Zelenski həmçinin əlavə edib ki, onu seçən insanlar təslim olmağa və ultimatumlara hazır deyil.

Ukrayna prezidenti Volodimir Zelenski bir müddət əvvəl vurğulamışdı ki, Ukrayna ukraynalılara sülhə necə gələcəyimizi izah edənə qədər Rusiya ilə danışıqlarda israrlı olacaq.

Zelenski ölkənin NATO-ya daxil olması məsələsinə marağını itirdiyini deyib.

Həmin müsahibədə o, Krımın Rusiyanın bir hissəsi, "DXR" və "LXR"-in isə müstəqil respublika kimi tanınması məsələlərini müzakirə etməyə hazır olduğunu bildirib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar