SON XƏBƏRLƏR

Putin: "Rusiya müharibə istəmir"

2022.02.15, 15:39
Putin: "Rusiya müharibə istəmir"

Gunaz.tv

Bunu Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Rusiya lideri "Deutsche Welle"nin Avropada müharibə ehtimalını istisna edib-etmədiyinə dair sualına cavabında "Biz bunu istəyirik, yoxsa yox? Təbii ki, yox", - deyə vurğulayıb.

“Danışıqlar prosesi ilə bağlı təkliflər irəli sürmüşük ki, bunun nəticəsi hamı, o cümlədən ölkəmiz üçün bərabər təhlükəsizliyin təmin edilməsinə dair razılaşma olmalıdır”, - Putin izah edib.

Putinin sözlərinə görə, Moskva dialoqun bu şəkildə inkişaf edəcəyini gözləyir. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar