SON XƏBƏRLƏR

uyğurların anası Türkiyəyə gəlir. Çinlə yaxın əlaqələri olan Türkiyə niyə öz mövqeyini dəyişdi?

2021.10.20, 07:36
uyğurların anası Türkiyəyə gəlir. Çinlə yaxın əlaqələri olan Türkiyə niyə öz mövqeyini dəyişdi?

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin bbcyə istinadən yaydığı məlumata görə, Rəbiyə Kader Türkiyəyə gəlsə, bu, Türkiyə və Çin arasında yaxın iqtisadi əlaqələri gərginləşdirəcək. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mühacirətdə olan və hazırda Amerikada yaşayan uyğur lideri Rəbiyə Kaderə viza verməyə söz verib. Bundan öncə Rəbiyə Kader iki viza ərizəsinə rədd cavabı verildiyindən şikayətlənmişdi. Çinlə yaxın əlaqələri olan Türkiyə niyə öz mövqeyini dəyişdi? Regional məsələlər üzrə şərhçimiz Rocer Hardi yazır ki, Çində baş vermiş zorakılıq Türkiyə mətbuatında və parlamentində qəzəblə qarşılandı. Hökumət naziri xalqı Çin mallarını boykot etməklə öz etirazını bildirməyə çağırdı. İndi də baş nazir Ərdoğan bu etirazlara qoşulub - vəd verir ki, Rəbiyə Kaderin Türkiyəyə gəlməsinə icazə verəcək. Son günlərdə Rəbiyə Kader uyğurların hüquqlarının məhşur müdafiəçisi kimi tanınıb. Türk millətçiləri üçün uyğurlar türklərlə eyni kökə malik olan və türk dilinə yaxın dildə danışan xalqdır. Türk islamçıları, o cümlədən baş nazir kimi müasir islamçılar üçün isə uyğurlar təzyiqə məruz qalmış müsəlmanlardır. Müxbirimiz deyir ki, cənab Ərdoğan bununla riskə gedir. Əgər Rəbiyə Kader Türkiyəyə gəlsə, bu, Türkiyə və Çin arasında yaxın iqtisadi əlaqələri gərginləşdirəcək. Uyğurlarla çinlilər arasında toqquşmada 150 adam ölüb Bir neçə gün əvvəl Çinin Sincan əyalətində uyğurlar və çinlilər arasında toqquşmalar baş verib. 150 adam olüb, minlərlə insanın həbsə alındığı bildirilir. Çin hökuməti dünya uyğurlarının lideri kimi tanınan Rəbiyə Kaderi bu hadisələri qızışdırmaqda ittiham etsə də, xanım Kaderin özü bu hadisələrlə hər hansı bağlılığı olmadığını deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar