SON XƏBƏRLƏR

Duz fırtınaları Güney Azərbaycan şəhərlərini təhdid edir

2022.05.24, 06:59
Duz fırtınaları Güney Azərbaycan şəhərlərini təhdid edir

Gunaz.tv

Behruz Sari mediaya verdiyi açıqlamada Urmu gölünün qurumuş yatağından qalxan duz fırtınalarının Güney Azərbaycan şəhərlərini təhdid etdiyini deyib.

“Duz fırtınaları yaxın gələcəkdə başda Təbriz olmaqla Şərqi Azərbaycan əyalətinin bir çox bölgələrində faciəli ekoloji problemlər yarada bilər”-deyə, Sari bildirib.

Hal-hazırda Urmu gölündə olan su həcmi 3 milyard kubmetrdir və bu gölünün təbii vəziyyətindəki 30 milyard kubmetrlik su tutumu ilə müqayisədə cüzi sayılır.

Gölün su ehtiyatı və sahəsinin 90%-nın azalması nəticəsində qurumuş yataqda mövcud olan duz fırtınalar səbəbindən ətraf bölgələrə yayılır.

Behruz Sari Ərəbistan və İraqdan başlayanan toz fırtınalarının Urmu gölü üzərindən keçdikdə duz fırtınalarına çevriləcəyi, Təbrizə qədər yayılacağı və bitki örtüyü ilə yanaşı başqa canlılarında həyatını təhlükəyə atacağı ilə bağlı xəbərdarlıq edib.
 
O, faciənin qarşısının alınması və ya təsirini azaltmaq üçün gölün bərpasının sürətləndirilməli olduğunu bildirib, bunun üçün yanlış idarəetməyə son qoymağın vacib olduğunu vurğulayıb. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar