SON XƏBƏRLƏR

Xuzistanda su ehtiyatları kəskin azalıb: Ostandar su böhranı ilə bağlı xəbərdarlıq edib

2021.11.20, 11:22
Xuzistanda su ehtiyatları kəskin azalıb: Ostandar su böhranı ilə bağlı xəbərdarlıq edib

Gunaz.tv

Xuzistan əhalisinin içməli su qıtlığından əziyyət çəkdiyini deyən Sadıq Xəliliyan deyib ki, əyalətin bəzi şəhərlərinin əhalisi içməli sularını təmin etmək üçün suyu şirinləşdirən qurğu və dəzgahlardan istifadə edirlər.

“Xuzistan əyalətinin şimali hissələrində bəndlərdə su olmadığına görə yerli əhalinin içməli suya olan ehtiyacı tankerlər vasitəsilə təmin edilir.

Təəssüflər olsun ki, əyalətdəki sədlərin ağır vəziyyəti bizi nigaran edir. Belə ki, Xuzistan əyalətində su çatmadığına görə əksər fermerlər yaydan bəri öz torpaq sahələrində əkin işləri apara bilməyiblər”, -deyə Xuzistan əyalətinin valisi Sadıq Xəliliyan İran dövlət televiziyasına açıqlamasında bildirib.

Qeyd edək ki, son aylar  Xuzistan əyalətinin bir neçə şəhərində fermerlər və kəndçilər susuzluğa qarşı bir neçə dəfə dinc etiraz aksiyası keçirərək, hakimiyyətə qarşı şüarlar səsləndiriblər.

 Lakin hakimiyyətin bölgəyə göndərdiyi repressiv qüvvələrin odlu silahlardan atəş açması nəticəsində ən azı 8 etirazçı öldürülüb, onlarla insan həbs edilib. 

Bununla da rejim susuzluğa qarşı etirazların daha da böyüməsinin və digər əyalətlərə yayılmasının qarşısını müvəqqəti olsa da ala bilib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar