SON XƏBƏRLƏR

Xuzistan əyalətində bahalığa qarşı etiraz aksiyaları başlayıb-VİDEO

2022.05.07, 04:49
Xuzistan əyalətində bahalığa qarşı etiraz aksiyaları başlayıb-VİDEO

Gunaz.tv

Ərəb fəalların verdikləri məlumata görə, mayın 6-dan başlayaraq Xuzistanın Əhvaz, Susəngird, Şadiqan, İzə və Behbəhan şəhərlərində etirazlar kütləviləşib.

Yayılan görüntülərdə başda İranın ali rəhbəri Əli Xamneyi olmaqla hökumət başçılarına qarşı şüarlar səsləndirilib, bir neçə şəhərdə İran bayraqları endirilib.

Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, internetin kəsilməsi vətəndaşların Xuzistan əyalətinin bəzi bölgələrində inflyasiyaya qarşı etiraz aksiyasına çağırışla eyni vaxta təsadüf edir.

Bəzi qeyri-rəsmi xəbərlər də mayın 6-da əyalətin bəzi bölgələrində elan olunmamış fövqüladə və təhlükəsizlik vəziyyətinin tətbiq edildiyindən xəbər verir.

Qeyd edək ki, ötən il su böhranının şiddətləndiyi bir vaxtda Xuzistan əyaləti bir neçə həftə ərzində əhalinin geniş etirazlarının mərkəzinə çevrildi.

Etirazlar bu əyalətdən İranın bəzi başqa bölgələrinə yayılsa da, sonda təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin etirazçılara qarşı amansız və genişmiqyaslı təzyiqləri nəticəsində səngidi.

Son günlər ölkənin acınacaqlı iqtisadi və maliyyə şəraiti, çoxalan məişət problemləri və bahalıqla  bağlı tənqidlər güclənib, ancaq İran rəsmiləri mövcud problemlərə görə əvvəlki hökumətlərin iqtisadi siyasətlərini günahlandırırlar. 

 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar