SON XƏBƏRLƏR

Xuzistanda daha 5 ərəb həbs olunub

2022.03.24, 10:35
Xuzistanda  daha 5 ərəb həbs olunub

Gunaz.tv

İran polisinin təhlükəsizlik bölməsi ölkənin Xuzistan əyalətində çox sayda silah-sursatın aşkar edilərək götürüldüyünü və 5 nəfərin saxlanıldığını bildirib.

Məlumatda 59 döyüş silahı və onlara məxsus mərnilərin ölkənin qərb sərhəddindən gətirildiyi və əhali arasında paylanılmaq məqsədilə saxlanıldığı iddia olunub.

Saxlanılanların kimliyi barədə hər hansı bir açıqlama verilməyən məlumatda onların bölgədə iğtişaş törətməyə çalışdığı barədə iddialar irəli sürülüb.

Qeyd edək ki, xüsusilə son həftələr ərəblərin yaşadığı Xuzistan əyalətində onlarla şəxs silah qaçaqmalçılığı, xarici ölkələrə casusluq və iğtişaş törətməyə cəhd ittihamları ilə həbs olunub.

İran təhlükəsizlik qurumları və məhkəmə sistemi həbs olunan şəxslərə qarşı irəli sürdükləri iddialar və ittihamlarla bağlı heç bir fakt göstərməyiblər.

İnsan haqları təşkilatları və ərəb fəallar bu ittihamları əsassız hesab edir, bunu ötən ilin iyun ayında ərəblərin su çatışmazlığı ilə bağlı geniş aksiyalarında fəallıq göstərən şəxslərin mərhələli şəkildə həbs edilmələrinə haq qazandırmaq cəhdi olduğunu qeyd edirlər. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar