SON XƏBƏRLƏR

Xuzistanda etirazçılara qarşı odlu silahlardan istifadə edilib-VİDEO

2022.05.28, 03:57
Xuzistanda etirazçılara qarşı odlu silahlardan istifadə edilib-VİDEO

Gunaz.tv

Məlumata görə, etirazçılara qarşı odlu silahlardan atəş açılıb.

Mayın 27-i gecə saatlarında Abadanla yanaşı Xurrəmşəhr, Əhvaz, Ümidiyyə, Mahşəhr, Buşehr və Şahinşəhrdə kütləvi etiraz aksiyaları davam edib.

Etirazçıları dağıtmaq üçün ilk-öncə gözyaşardıcı qazdan istifadə edən xüsusi təyinatlı qüvvələr sonradan odlu silahlardan atəş açıblar.

Bir neçə şəhərdə internetin məhdudlaşdırılması, Abadanda isə tamamilə kəsilməsi səbəbindən yaralılar və ehtimal edilən ölənlər barədə dəqiq məlumat yoxdur.

Məlumata görə, çökən binanın yiyəsi Hüseyn Əbdülbaqi ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin yaxın əlaqələri var.

Şəmxaninin qardaşı oğlu Moud Şəmxani ilə Əbdülbaqinin ortaqlığının üzə çıxması vətəndaşları daha da qəzəbləndirib.

Qeyd edək ki, mayın 23-də yerli vaxtla saat 12:30 radələrində Xuzistan əyalətinin Abadan şəhərində 10 qatlı bina çöküb.

Yerli qaynaqlar dağıntılar altında qalanların yüzlərlə olduğunu və rəsmiləri qurbanlar barədə dəqiq məlumat vermədiklərini bildirirlər.  

Mayın 2M-i səhər saatlarına olan rəsmi məlumatlara görə, 28 nəfəri cəsədi dağıntılar altından çıxarılıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar