SON XƏBƏRLƏR

Xuzistanda toz fırtınası baş verib: Məktəblər bağlandı

2022.04.30, 08:29
Xuzistanda toz fırtınası baş verib: Məktəblər bağlandı

Gunaz.tv

Xuzistan əyalətinin Təhsil İdarəsinin verdiyi açıqlamaya görə, aprel ayının 30-da əyalətin 6 şəhərində Dəşti-Azadeqan, Huveyzə, Həmidiyyə, Əhvaz, Karun və Bavi şəhərlərində bütün təhsil ocaqlarının fəaliyyəti dayandırılıb.

Əyalətdə toz fırtınalarının yaranmasının əsas səbəblərindən biri su qaynaqlarının tükənməsi, çayların və göllərin qurumasıdır. 

Qeyd edək ki, aprel ayının əvvəlindən başlayaraq İranın bir neçə əyaləti ilə yanaşı Qərbi, Şərqi Azərbaycan əyalətlərində də toz və duz fırtınası ekoloji problemlərin yaranmasına səbəb olub.

Xüsusilə Urmu gölünün qurumuş yatağından qalxan duz fırtınaları ekoloji problemlərlə yanaşı bölgə əhalisində tənəffüs problemlərinin yaranması və kənd təsərrüfatının ciddi ziyan görməsi ilə nəticələnib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar