Xuzistanda əyalətində SEPAH zabiti güllələnib

15.04.2022, 08:19

Aprelin 14-də Xuzistan əyalətinin Mahşəhr limanında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) məmurları ilə silahlı şəxslər arasında silahlı qarşıdurma baş verib.

Gunaz.tv Quote | Gunaz article

Atışma nəticəsində İnqilab Keşikçiləri Korpusunun zabiti kapitan Mustafa Rəfizadə aldığı güllə yarası nəticəsində hadisə yerində keçinib.

SEPAH-ın nəzarətindən olan media orqanları silahlı qarşıdurmanın quldur dəstəsinin üzvləri ilə baş verdiyini, onlardan birinin güllələnərək öldürüldüyünü və bir neçə nəfərin həbs olunduğunu iddia edirlər. 

Məlumatda iki nəfərin saxlanıldığı bildirilsə də, öldürülən şəxsin və saxlanılan kimliyi barədə açıqlama verilməyib. 

Qeyd edək ki, bu son bir ayda Xuzistan əyalətində baş verən sayca üçüncü silahlı qarşıdurmadır və bundan öncə baş verən silahlı atışmalar zamanı daha iki SEPAH zabiti güllələnib. 

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social