Xüsusi təyinatlı qüvvələr və polis şəhər mərkəzində baş tutan kütləvi aksiyanı dağıtmaq üçün göz yaşardıcı qazdan, qırma və həqiqi güllələrdən istifadə ediblər.
Bununla yanaşı Məscid-i Süleyman şəhərində də aksiyalar keçirilib və vətəndaşlar abadanlılara dəstək üçün küçələrə çıxıblar.
Hər iki şəhərdə etirazçılar Əli Xaməneyi başda olmaqla hökumət rəsmiləri əleyhinə şüarlar səsləndirib, hadisə qurbanlarının sayının gizlədilməsinə etiraz ediblər.
Qeyd edək ki, mayın 23-də yerli vaxtla saat 12:30 radələrində Xuzistan əyalətinin Abadan şəhərində 10 qatlı bina çöküb.
Yerli qaynaqlar dağıntılar altında qalanların yüzlərlə olduğunu və rəsmiləri qurbanlar barədə dəqiq məlumat vermədiklərini bildirirlər.
Son rəsmi məlumatlara görə, 33 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.
Cavidan