SON XƏBƏRLƏR

DİN və Daxili Qoşunların hərbçilərinə "Müharibə veteranı" adı verildi

2022.02.17, 08:36
DİN və Daxili Qoşunların hərbçilərinə "Müharibə veteranı" adı verildi

Gunaz.tv

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏSMN) Modern.az-a verilən xəbərə görə, Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı” adı verilmiş həmin şəxslərə dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib.

Bundan sonra isə Nazirlik tərəfindən onlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) təyin edilib.

Təqaüd təyinatı həmin şəxslərə müraciətləri olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Təyinat 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilib və həmin vaxtdan hesablanaraq ödənilir.

Bununla da artıq 5 qurum (Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Daxili İşlər Nazirliyi) üzrə hərbi qulluqçulara “Müharibə veteranı” adı verilərək Prezident təqaüdü təyin olunub.

Hazırda digər qurumlar (Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s.) üzrə də qeyd olunan adın verilməsi və təqaüd təyinatı üçün müvafiq işlər aparılır. Proses yaxın günlərdə yekunlaşacaq.

Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi anda şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar