SON XƏBƏRLƏR

"Bayden SEPAH-ı terror təşkilatları siyahısından çıxarmayacaq"-Ağ Ev

2022.08.03, 05:17
"Bayden SEPAH-ı terror təşkilatları siyahısından çıxarmayacaq"-Ağ Ev

Gunaz.tv

“Co Bayden nüvə danışıqları çərçivəsində razılaşmalar üçün İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qruplaşmalar siyahısından çıxarmaq istəmədiyini bildirib"-deyə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kerbi avqustun 2-də bildirib.

O, İran hökumətinin terroru dəstəklədiyini və bölgədə terror təşkilatlarına yardım etdiyini deyib.

İran nüvə danışıqlarını davam etdirmək üçün SEPAH-ın adını Amerikanın terror təşkilatları siyahısından çıxarmaqda israr edir, Amerika prezidenti Co Bayden Yaxın Şərqə səfəri zamanı bu məsələni qəti şəkildə rədd edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar