SON XƏBƏRLƏR

Ağ Ev: “Bayden və Putin İran barədə konstruktiv danışıqlar aparıblar”

2021.12.08, 10:18
Ağ Ev: “Bayden və Putin İran barədə konstruktiv danışıqlar aparıblar”

Gunaz.tv

Video-konfrans formatında jurnalistlərlə görüşən Sallivan “Danışıqlarda Rusiya prezidenti Vladimir Putin öz nüfuzundan istifadə edərək İranın nüvə danışıqlarındakı mövqeyini dəyişdirəcəyinə söz veribmi” sualının cavabında deyib ki, hər iki prezidentin İran məsələsi barədə apardığı danışıqlar çox konstruktiv olub.

“Hər iki prezidentin İranla bağlı çoz səmərəli və konstruktiv danışıqlar aparıblar. Hesb edirəm ki, Amerika və Rusiya prezidentləri yaxından bir-biri ilə məşvərət edib İranın nüvə silahına yiyələnməsinin qarşısını ala bilərlər.

Vyana danışıqlarının növbəti mərhələsinin keçirilməsi ilə bağlı suala gəlincə, tam sadə və şəffaf şəkildə bildirirəm ki, nə qədər ki, İran danışıqlar masasında ciddi olmadığını göstərir, 5+1 qrupu arasında olan birlik daha da güclənəcək və axırda onların (İran) özü təcrid olunaraq əvvəlkindən daha çox ifşa olunacaqlar.

Bir daha bildiririk ki, Tehranın danışıqlarda ciddi olub-olmadığını göstərməsindən asılı olmayaraq, hazırda top İran meydançasındadır və onlar öz qərarlarını verməlidirlər”, -deyə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib. 

Xatırladaq ki, nüvə razılaşmasının canlandırılması üçün noyabrın 29-da başlanan və bir neçə gün davam edən Vyana danışıqları dekabrın 3-də dayandırılıb.

Qərb diplomatlarının dediyinə görə, müzakirələrin dayandırılmasına isə İranın danışıqlar masasında dekonstruktiv mövqedən çıxış etməsi səbəb olub.

gun az article

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar