SON XƏBƏRLƏR

"Nüvə beşliyindən" birgə bəyanat

2022.01.03, 20:43
"Nüvə beşliyindən" birgə bəyanat

Gunaz.tv

Bu barədə nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin qarşısının alınması və silahlanma yarışının qarşısının alınması haqqında birgə bəyanatında bildirilib.

"Biz bəyan edirik ki, nüvə müharibəsində qaliblər ola bilməz. Nüvə silahından istifadənin genişmiqyaslı nəticələri olacağına görə, biz də bir daha təsdiq edirik ki, nüvə silahları müdafiə məqsədlərinə xidmət etməli, təcavüzün və müharibənin qarşısını almalıdır. 

Hesab edirik ki, bu cür silahların daha da yayılmasının qarşısı alınmalıdır", - deyə birgə bəyanatda qeyd olunub.

Qeyd edək ki, “nüvə beşliyi” nüvə silahına malik 5 ölkənin - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın qeyri-formal birliyidir. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar