SON XƏBƏRLƏR

AQC və ABA rəhbərləri görüşdülər – İşçi Qrupu yaradılacaq

2023.01.24, 14:51
AQC və ABA rəhbərləri görüşdülər – İşçi Qrupu yaradılacaq

Gunaz.tv

Qonaqları salamlayan Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdullayev bildirib ki, maliyyə təsisatları ilə ölkə qiymətləndiriciləri arasında peşəkar əməkdaşlıq mövcuddur. 

O qeyd edib ki, bu əməkdaşlıq imkanları artırılmalı və keyfiyyətcə yeni mərhələyə qədəm qoymalıdır: “Bankların fəaliyyətində qiymətləndirmənin əhəmiyyəti böyükdür və bu iki sektorun təmsilçiləri qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. 

Maliyyə sabitliyinin təmin olunmasında obyektiv və şəffaf qiymətləndirmənin əhəmiyyəti yüksəkdir. Azərbaycan Banklar Assosiasiyası olaraq Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə əməkdaşlığa və dialoqa hazırıq. 

Əminik ki, qarşılıqlı əməkdaşlıq sayəsində münasibətlərimizi daha da inkişaf etdirməyə nail olacağıq”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətinin yaxından izlədiklərini və əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb: “Bundan öncə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov və Mərkəzi Bankın rəhbərliyi ilə görüşümüz baş tutdu. Olduqca faydalı müzakirələr apardıq və gələcək inkişaf perspektivləri ilə bağlı ilkin razılaşmalar əldə etdik. 

Ümidvaram ki, Azərbaycan Banklar Assosiasiyası ilə faydalı və qarşılıq təmaslarımızı artıracaq, bank və qiymətləndirmə sektorları arasında peşəkar münasibətləri inkişaf etdirəcəyik. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq əməkdaşlığımızı ehtiva edən təkliflər layihəsini hazırlamışıq və onu sizə təqdim edirik” – Vüqar Oruc vurğulayıb.

Daha sonra ABA və AQC rəsmiləri çıxış edib, öz təkliflərini səsləndiriblər. Yekunda əməkdaşlığın artırılması imkanlarının nəzərdən keçirilməsi barədə ümumi razılıq əldə olunub. 

Birgə İşçi Qrupunun yaradılması qərara alınıb.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar