SON XƏBƏRLƏR

ABŞ və Avropa Azərbaycanın hərəkətini alqışladı

2021.12.20, 09:19
ABŞ və Avropa Azərbaycanın hərəkətini alqışladı

Gunaz.tv

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays "Twitter"də bildirib.

Avropa İttifaqının dəstəyi ilə bu gün Azərbaycanın 10 erməni hərbçini azad etməsini alqışlayırıq. Biz qalan bütün saxlanılanların tam şəkildə və tez azadlığa buraxılmasına, meyitlərin dəyişdirilməsinə və itkin düşənlərin axtarışının aparılmasına çağırırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq məhbuslarla humanist rəftarın vacibliyini vurğulayırıq" deyə, ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də Azərbaycan tərəfinin saxlanılan erməni hərbçiləri Ermənistan tərəfə təhvil verilməsini alqışlayıb.
Şarl Mişel bu barədə "Twitter"də paylaşım edib.

"Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə müzakirələrin ardınca Bakının saxlanılan 10 ermənini azad etməsini səmimiyyətlə alqışlayırıq. Bu Brüsseldə müzakirə edildiyi kimi etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir", - deyə o bildirib.

Aİ Şurasının Prezidenti qeyd edib ki, Aİ tərəfi saxlanılanların İrəvana transferin həyata keçirib. 

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar