SON XƏBƏRLƏR

Valilik rəsmisi gənclər arasında işsizlik səviyyəsinin 21 faiz olduğunu deyib - Zəncan Əyalətində

2021.10.20, 07:36
Valilik rəsmisi gənclər arasında işsizlik səviyyəsinin 21 faiz olduğunu deyib - Zəncan Əyalətində

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın müxtəlif bölgələrində yaşanan iqtisadi gərginlik və işsizlik problemi vaxtaşırı hökumət rəsmiləri tərəfindən dilə gətirilir.

 

Zəncan Valiliyinin İctimai İşlər Şöbəsinin rəisi Məsihulla Sultani təmsil etdiyi əyalətdə əhalinin 25 faizinin gənclərdən ibarət olduğunu bildirərək zəncanlı gənclər arasında işsizlik səviyyəsinin 21 faiz olduğunu deyib.

 

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, o gənclərlə Zəncan valisinin görüşü zamanı bu məsələyə toxunub.

 

“2006-cı ildə ölkədə gənc əhalinin sayı 35.4 faizdən ibarət olub. Bu rəqəm 2011-ci ildə 31.5, 2016-cı ildə isə 25.1 faizə düşüb.

 

Statistik məlumata görə, ölkədə gənc əhalinin sayı azalır. Sosiologiya elmi nöqteyi-nəzərindən həyatın ən yaxşı dövrü, gənclik dövrüdür. Ona görə də onların potensial imkanlarından maksimum dərəcədə istifadə olunmalıdır.

 

Zəncanda 98.5 faiz gənclərin savadlı olmasına baxmayaraq onların 21 faizi işsizdir. Ona görə də onların əsas problemi işsizlik məsələsidir və buna xüsusi diqqət yetirmək lazımdır”- deyə o vurğulayıb.

 

Görüş zamanı gənclər öz problemlərini Zəncan valisinə çatdırıb, onlar əsasən işsizlik probleminə etiraz bildiriblər.

 

Qeyd edək ki, İranda həftədə bir saat işləyən və ya iş yerini müvəqqəti olaraq itirən şəxslər işsizlər siyahısında yer almır. Buna görə də rəsmi olaraq işsiz göstərilənlərin sayı ilə real işsizlərin sayı arasında böyük fərq olur. Azərbaycan şəhərlərində işsizliklə bağlı elan olunan statistik məlumat heç zaman həqiqəti əks etdirmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar