SON XƏBƏRLƏR

Vaşinqton Latın Amerikasında Rusiya təsirinin artmasından narahatdır

2021.10.20, 07:36
Vaşinqton Latın Amerikasında Rusiya təsirinin artmasından narahatdır

Gunaz.tv

GünAz TV: “Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanın Latın Amerikası ölkələrində artan mövcudluğundan və Moskvanın Vaşinqtonla dost olmayan ölkələrə silah satmasından narahatdır”.

 

Xarici mediada yayılan məlumata görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

 

“Rusiyanın Latın Amerikası regionunda mövcudluğunun artması həyəcana səbəb ola biləcək haldır. Moskva bizimlə dost olmayan, demokratik dəyərlərə hörmət etməyən rejimlərə silah və hərbi avadanlıqlar satmağa davam edir. Bizim region fundamental dəyərlərimizlə əsasında qurulmayan dövlətlər üçün qapalı olmalıdır”, - deyə Tillerson bildirib.


Onun sözlərinə görə, Çin də Latın Amerikası ölkələrində öz mövqelərini gücləndirir, bu isə onlara böyük gəlir gətirir, lakin ABŞ-la həmin ölkələrin uzunmüddətli münasibətləri üçün prespektivlərə zərbə endirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar