SON XƏBƏRLƏR

Vaşinqton Qüdsü İsrailin paytaxtı kimi tanıdı

2021.10.20, 07:36
Vaşinqton Qüdsü İsrailin paytaxtı kimi tanıdı

Gunaz.tv

GünAz TV: Amerika Birləşçmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Birləşmiş Ştatların Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib.

 

D.Tramp qeyd edib: "Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb".

 

D.Tramp həmçinin ABŞ səfirliyinin Qüdsə köçürülməsi üçün tapşırıq verib. O bildirib ki, Mən Dövlət Departamentinə ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verdim.

 

Onun sözlərinə görə, artıq binanın inşası üçün müvafiq işlərin görülməsinə başlanılıb.

 

"Yeni səfirliyin qurulması sülhə gözəl töhfə verəcək", deyə D.Tramp bildirib.

 

Qeyd edək ki, daha öncə Ağ Evin nümayəndəsi bildimişdi ki, prezident Donald Tramp dekabrın 6-da ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verəcək.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar