SON XƏBƏRLƏR

Vaşinqtonun İranla bağlı Ermənistandan umacağı var

2021.10.20, 07:36
Vaşinqtonun İranla bağlı Ermənistandan umacağı var

Gunaz.tv

GünAzTv: ABŞ-ın  (Amerika Birləşmiş Ştatları)  Ermənistandakı səfiri Mari Yovanoviç “Azad Avropa” radiostansiyasına müsahibəsində Ermənistan-İran münasibətlərinə toxunub.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, Mari Yovanoviç deyib: “Xəritəyə baxanda İranın Ermənistanın yaxın qonşularından biri olduğu aydın görünür. Son illər İran Ermənistanın bir çox sahələrdə problemlərinin həllində yaxından iştirak edir. Amma Birləşmiş Ştatlar İranın nüvə ambisiyalarından narahatdır. Biz Ermənistan da daxil olmaqla bütün BMT ölkələrinin Təhlükəsizlik Şurasının sanksiyalarına və tələblərinə əməl etmələrini gözləyirik”. BMT Təhlükəsizlik Şurası 2010-cu il iyunun 9-da İrana qarşı yeni sanksiya qəbul edib. sanksiyalarda ölkənin nüvə proqramı ilə sıx əməkdaşlıq edən İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) hədəf kimi götürülür və ölkənin 40 şirkət və qurumuna qarşı sanksiyalar qoyulur. Həmin şirkət və qurumların xaric banklardakı vəsaitləri dondurulmalıdır.

Qətnamə İrana ballistik raketlərlə bağlı hər hansı əmtəənin satışını və xidmət göstərilməsini, digər ölkələrdə uran mədənlərində sərmayə qoyuluşunu, müxtəlif ağır silahlar, o sıradan da tank, zirehli maşınlar, hərbi gəmilər, təyyarələr və vertolyotlar, raket sistemlərin satışını, həmçinin İranın nüvə başlıqları daşıyan ballistik raketlərin istehsalı ilə bağlı fəaliyyətlərini, ballistik texnologiyalarından istifadə edərək müxtəlif raketlər sınaqdan keçirməsini yasaqlayır.

Həmçinin İranın müxtəlif sahələrdə apardığı fəaliyyətlərini nəzərdə saxlamaq üçün dünya ölkələrinin üzərinə də vəzifələr qoyulur. Bu qətnaməyə görə, ölkələrə bir sıra İran rəsmilərinin onların ərazisinə girişinin qarşısını almaq, öz hava və dəniz limanlarında İrana göndərilən və ya İrandan gələn bütün yükləri yoxlamaq, azad sularda beynəlxalq qanunlara əsasən, İrana hərbi və nüvə avadanlıqlar daşımaqda şübhəli bilinən yük gəmilərini saxlayıb yoxlamaq, lazım bildikləri təqdirdə isə onu hətta məhv etmək hüququ verilir.

Yeni sanksiyalara əsasən, həmçinin ölkələrə İrana müxtəlif qanunsuz yük daşıyan gəmilərin yanacağını təmin etməmək, “Sepah”la əlaqədar olan şirkətlər və şəxslərin maliyyə və bank fəaliyyətlərini nəzarətdə saxlamaq, nüvə proqramı ilə əməkdaşlıq edən İran banklarının öz ərazilərindəki şöbə və filiallarının açılışının qarşısını almaq icazəsi verilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar