SON XƏBƏRLƏR

Vəhhabilər dələduzluqda ittiham olunurlar

2021.10.20, 07:36
Vəhhabilər dələduzluqda ittiham olunurlar

Gunaz.tv
Vəhhabilər dələduzluqda ittiham olunurlar Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluqda təqsirləndirilən Yevlax rayon sakinləri Vüqar Əliyev, Taleh Vəliyev və Roman Markelovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrlik etdiyi prosesdə şahid və zərərçəkmiş şəxslər dindirilib. İttiham aktına əsasən, təqsirləndirilən şəxslərdən V.Əliyevin telefon mağazası olub. O, digər təqsirləndirilənlərlə əlbir olaraq, mağazadan telefon nömrəsi alan şəxslərin şəxsiyyət vəsiqələrinin sürətini çıxardaraq özündə saxlayıb. Daha sonra həmin şəxsiyyət vəsiqələri ilə Yevlax şəhərində yerləşən “Elit” kondisionerlərinin satış mağazasından kredit yolu ilə xeyli sayda kondisioner götürüblər. Beləliklə də “Elit” kondisionerlərinin satış mərkəzinə 150 min manat məbləğində ziyan vurublar. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar. Qeyd edək ki, təqsirləndirilənlər vəhhabi təriqətinə mənsubdurlar. Məhkəmə prosesi davam etdiriləcək. Şəhriyar Əlizadə LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar