SON XƏBƏRLƏR

Vəkil Culiani: In diz çöküb və Trampa yalvarıb

2021.10.20, 07:36
Vəkil Culiani: In diz çöküb və Trampa yalvarıb

Gunaz.tv

GünAz TV: Donald Tramp görüşün təxirə salındığını elan edən zaman, Şimali Koreya lideri Kim Çen In “diz çökərək görüşün bərpa olunması üçün Trampa yalvar-yaxar edib”.


Oxu.Az  “The Wall Street Journal”a istinadən xəbər verir ki, bunu ABŞ liderinin vəkili Rudolf Culiani bildirib.


Culianinin sözlərinə görə,  bir müddət əvvəl Ağ Ev rəhbərinin Sinqapur sammitini təxirə salması əslində KXDR rəsmilərinin onun ünvanına təhqirlər yağdırması ilə əlaqədar olub.


“Onlar həmçinin bizimlə nüvə müharibəsinə hazırlaşdıqlarını və bizə qalib gələcəklərini söyləmişdilər”, - deyə Culani qeyd edib.
Trampın vəkilinin sözlərinə ABŞ belə bir şəraitdə sammit keçirmək niyyətində deyil.



N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar