SON XƏBƏRLƏR

Vəliolla Tağızadənin aclıq aksiyası 16-cı günə daxil olub – Təbrizin Mərkəzi Zindanında

2021.10.20, 07:36
Vəliolla Tağızadənin aclıq aksiyası 16-cı günə daxil olub – Təbrizin Mərkəzi Zindanında

Gunaz.tv

GünAz TV: Edam hökmü ilə Təbrizin Mərkəzi Zindanında həbs edilən ərdəbilli məhbusun aclıq aksiyası 16-cı günə daxil olub.

 

Vəliolla Tağızadə təxminən 12 ildir məhbus həyatı yaşayır.

 

Məhbusun iddiasına görə, o ittihamlarını sübut edən yetəri qədər sənəd olmadan edam cəzasına məhkum edilib. V.Tağızadə üzləşdiyi ədalətsiz qərara və qeyri-müəyyən vəziyyətdə saxlanıldığına etiraz olaraq fevralın 14-də aclıq aksiyasına başlayıb.

 

Ərdəbilli məhbusun yaxınlarından birinin “Herana”ya verdiyi məlumata görə, “Tağızadə bir neçə dəfə dosyesinin araşdırılmasının həddindən artıq uzanmasına etiraz edib. Bu barədə onun vəkili və ailəsi də lazımi orqanlara müraciət edib, lakin o hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.”

 

Məhbusun yaxınlarının dediyinə görə, o təxminən 40 gün əvvəl də aclıq aksiyası keçirib, onun aksiyası 25 gün davam edib. Məhbus həbsxananın müavini və zindana nəzarət edən hakim tələblərinin təmini ilə bağlı söz verdikdən sonra aclıq aksiyasını dayandırıb, lakin yenə də verilən vədlər yerinə yetirilməyib.

 

Müttəhimə yaxın bir mənbə ona istinadən bildirib ki, “V.Tağızadə özünə qarşı  irəli sürülən ittihamları rədd edərək təxminən 12 il əvvəl Polis İdarəsinin Asayiş Şöbəsində (Aqahi İdarəsi) işgəncələr altında etiraf edib. Onun günahsız olduğunu hətta şikayətçi də bilir, ona görə də hökmün icra olunmasını tələb etmir. Bütün bunlara baxmayaraq hakim onun barəsində edam hökmü çıxarıb, o hələ də həbsdədir.”

 

Hazırda Təbrizin Mərkəzi Zindanının 9-cu korpusunda məhbus həyatı yaşayan V.Tağızadənin 41 yaşı var. O fevralın 14-dən aclıq aksiyası keçirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar