SON XƏBƏRLƏR

Venesuelada etiraz aksiyaları zamanı azı 16 nəfər ölüb - VİDEO

2021.10.20, 07:36
Venesuelada etiraz aksiyaları zamanı azı 16 nəfər ölüb - VİDEO

Gunaz.tv

GünAz TV: Çərşənbə günü Venesuelada hökumət əleyhinə keçirilən nümayişlər zamanı baş vermiş toqquşmalar nəticəsində azı 16 nəfər həyatını itirib, 70-dən çox insan saxlanılıb.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Pitazo" portalı məlumat yayıb.

 

Onun məlumatına görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar ölüm halları Amasonas, Barinas, Bolivar, Portuqesa və Taçira ştatlarında, həmçinin ölkə paytaxtı Karakasda qeydə alınıb.

 

Prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları ölkənin bir çox bölgələrində keçirilir.

 

"El Nacional" qəzetinin məlumatına görə, Karabobo ştatının Valensiya şəhərində bir qrup polis əməkdaşı etiraz aksiyasına qoşulub.

 

Venesuela ordusu isə ölkə parlamentinin spikeri Xuan Quaidonu prezident kimi tanımır. Bunu ölkənin müdafiə naziri Vladimir Padrino Lopes deyib.

 

"Biz, Vətən əsgərləri, qaranlıq maraqların kölgəsində bizə sırınan və qanundan kənar özünü elan edilən prezidenti qəbul etmirik. Milli bolivarian silahlı qüvvələri konstitusiyanı müdafiə edir və milli suverenliyi təmin edir", - deyə o, "Twitter"də yazıb.

 

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib.

 

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

 

https://www.youtube.com/watch?time_continue=43&v=aDupD4_oWOk

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar