Vergi dərəcəsinin artırılmasına etirazlar davam edir: Təbriz, Urmiyə və Zəncanın millət vəkilləri... - GÖRÜNTÜ

2017-01-17 14:08

GünAz TV: Gələn ilin (hicri-şəmsi təqvimi ilə 1396-cı il) büdcə layihəsində Azərbaycan vilayətləri üçün nəzərdə tutulan vergi dərəcəsinin digər vilayətlərlə müqayisədə daha çox artırılması yerli məsulların kəskin etirazına səbəb olub. 

 

Zəncan Vilayəti Deputatlar Birliyi ölkə prezidenti Həsən Ruhaniyə məktub yazaraq vilayət üçün nəzərdə tutulan vergi dərəcəsinə düzəliş etməyi tələb ediblər. Millət vəkilləri Zəncan vilayəti üçün nəzərdə tutulan vergi dərəcəsini bölgədəki mövcud iqtisadi vəziyyətə uyğun gəlmədiyini vurğulayıblar.

 

Məktub Zəncanın millət vəkili Əli Vəqfçi və Fridun Əhmədi, Xudabəndənin millət vəkili Əhməd Beygdeli, Əbhər və Xorrəmdərənin millət vəkili Əzizi və  Mahnişanın millət vəkili Xatəmi tərəfindən imzalanıb.

 

Əli Vəqfçi vergi dərəcəsinin qeyri-bərabər şəkildə artırılmasına etiraz edərək məsələ ilə bağlı ölkənin Vergi Təşkilatı ilə müzakirələr aparıldığını bildirib. O vurğulayıb ki, “ölkədə gələn il üçün vergi dərəcəsinin artımı orta hesabla 9.8 faizdir, bu rəqəm Zəncan vilayəti üçün 28 faizdən ibarətdir. Bu vəziyyət  təmami ilə qəbuledilməzdir.”

 

Urmiyənin millət vəkili Nadir Qazipur isə İqtisadiyyat nazirinə sual yönəldərək vergi artımı ilə bağlı Şərqi və Qərbi Azərbaycana qarşı ayrı-seçkiliyin səbəbini soruşub. “Nə üçün gələn ilin büdcə layihəsində Şərqi və Qərbi Azərbaycan üçün nəzərdə tutulan vergi artımı Tehran və İsfahan vilayətlərindən daha çoxdur?!” deyə millət vəkilinin irəli sürdüyü sualda bildirilib.

 

Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan da məsələ ilə bağlı “Fars news” xəbər agentliyinə danışıb. “Şərqi Azərbaycanla bağlı vergi dərəcəsinin 13.9 faiz artırıldığı məlum olub. Digər vilayətlərin bəzilərində bu rəqəm 2 faiz və hətta sıfır faizdən (0%)  ibarətdir. Bu məsələ ciddi sual doğurur”- deyə o vurğulayıb.

 

Millət vəkili, Şərqi Azərbaycan Büdcə və Planlaşdırma Təşkilatının rəisi Davud Behbudinin məsələni gündəmə gətirən məsullara qarşı səsləndirdiyi fikirə də öz etirazını bildirib. O bildirib ki, vergi artımı məsələsini gündəmə gətirənləri savadsız adlandıranlar mövzu ilə bağlı məntiqli və qaneedici dəlil göstərməlidilər. “Sizin savadınız varsa, buyurun izah edin: “Nə üçün Şərqi Azərbaycanda vergi dərəcəsi bu qədər artırılmalıdır?””- deyə M.Pezeşkiyan bildirib.

 

Şərqi Azərbaycan Büdcə və Planlaşdırma Təşkilatının rəisi Davud Behbudi iki gün öncə jurnalistlərə bildirib ki, hələlik vergi dərəcəsinin nə qədər artdığı məlum deyil və bu barədə vilayətlər üçün nəzərdə tutulan vergi dərəcəsinin səviyyəsi açıqlanmayıb. Bəziləri tərəfindən vergi dərəcəsinin artımı ilə bağlı yayılan məlumat onların savadsızlığı vəya qərəzli mövqeyindən irəli gəlir”- deyə o qeyd edib.

 

Xatırladaq ki, gələn ilin büdcə layihəsində Azərbaycan vilayətləri üçün nəzərdə tutulan vergi artımının digər vilayətlərlə müqayisədə həddindən artıq çox olması, rejimin Azərbaycana qarşı ayrı-seçkilik siyasətinin daha bir nümunəsi kimi qəbul olunur. Yerli məsullar hazırlanan büdcə layihəsi təsdiq edilmədən, ona düzəliş etdirməyə çalışırlar. Bundan öncə də azərbaycanlı millət vəkilləri Əhməd Əlirza Beygi, Məhəmməd İsmail Səidi, Zəhra Sai, Şəhabəddin Bimiqdar, həmçinin Şərqi Azərbaycan valisi İsmail Cabbarzadə və Zəncan valisi Əsədulla Dərviş Əmini oxşar açıqlamalar verərək Azərbaycan vilayətləri üçün nəzərdə tutulan vergi artımının həddindən artıq çox olmasını kəskin tənqib ediblər.

 

Zəncanlı millət vəkillərinin prezident Həsən Ruhaniyə ünvanladığı məktub:

 

Nadir Qazipurun İqtisadiyyat nazirinə yönəltdiyi sualın mətni:

 

N.S

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar olub, saxlanılanlar var

2021-04-22

gun az article

Mikayıl Cabbarov: “Azərbaycan İsraildə turizm və ticarət bürosu açmağı planlaşdırır”

2021-04-22

gun az article

Azərbaycanda daha 2610 nəfər COVID-19-dan sağalıb, 39 nəfər vəfat edib

2021-04-22

gun az article

Fransalı hüquqşünaslar Gəncəyə səfər edib

2021-04-22

gun az article

Sabah YAP İdarə Heyətinin iclasında Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

2021-04-22

gun az article

DİN kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib

2021-04-22

gun az article

Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə qayıtdı

2021-04-22

gun az article

Rusiya ordusunu Ukrayna sərhədlərindən geri çəkir: Şoyqu təlimlərin bitdiyini açıqladı

2021-04-22

gun az article

Cəbrayılın Şahvələdli kəndi - VİDEO

2021-04-22

gun az article

Abbas Axundi: “Sanksiyalardan yayınmaq üçün 400 milyard dollar xətcləmşik”

2021-04-22

gun az article

Fransalı hüquqşünas Ağdamda açıqlama verib: “Avropalılar bura gəlib, hər şeyi öz gözü ilə görməlidir”

2021-04-22

gun az article

Akar: “Azərbaycan və Ermənistan arasında atəşkəs yeni bir səhifənin açılması üçün fürsətdir”

2021-04-22

gun az article

İranda COVİD-19-dan daha 453 nəfər vəfat edib: Virus qurbanlarının sayı 68 min nəfəri keçib – RƏSMİ STATİSTİKA

2021-04-22

gun az article

Mərivanda kürdlərlə silahlı qarşıdurma: 2 “Sepah”çı öldürüldü

2021-04-22

gun az article

İsrail səfirinin müavini Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

2021-04-22

gun az article

Abşeron rayonunda Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub

2021-04-22

gun az article

“Yeni klinika”nın direktoru həbs edildi

2021-04-22

gun az article

Qarabağda ölən erməni hərbçilərə təzminat verilir - Rəsmi ölü sayı 4 mini keçib

2021-04-22

gun az article

MAQATE: “İran Nətənz təsisatında inkişaf etdirilmiş əlavə sentrifuqalar quraşdırıb”

2021-04-22

gun az article

“İranın bu hərəkəti islam həmrəyliyi ilə bir araya sığmır”-Baş redaktor

2021-04-22