İranın Futzal Premyer Liqasının altıncı həftəsinin görüşləri çərçivəsində keçirilən qarşıdurmada Vərziğanın “Mis-i Süngün” və “İman-i Şiraz” futzal komandaları üz-üzə gəliblər.
Gunaz.tv
Güney Azərbaycanın “Mis-i Süngün” futzal komandası 7-1 hesabı ilə qalib olub.
Xatırladaq ki, “Mis-i Süngün” 2020-ci il üçün dünyanın ən yaxşı 10 futzal klubu arasında yer alıb.
2020-ci ildə dünyanın ən yaxşı klub komandası adı uğrunda Vərziğanın “Mis-i Süngün” komandasının rəqibləri İnter Milan və İspaniyanın Barselona, Braziliyanın Magnus və Korintians, Rusiyan-Moskvanın KPRF, Portuqaliyanın Sporting, Yaponiyanın Nagoya Oşnez, Taylandın Çonburi və Vyetnamın Thay Sun Nnam komandalarıdır.
Mes Futzal Premyer Liqasının son 3 mövsümünün çempionudur və Asiya Klublar Çempionatının son iki mövsümündə bir çempionluq və bir ikincilik mükafatı qazanıb.
C.E