Vərziğanın imam cüməsi Süngün Mis Mədəninin torpağının Kirmana daşınmasına etiraz edib

12.08.2019, 11:23

GünAz TV: Vəziğanın imam cüməsi Güney Azəbaycanın Süngün Mis Mədəninin talanmasına etiraz edərək mədən məhsullarının xammal kimi bölgədən çıxarılmasına qadağa qoyulmasını tələb edib.

 

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, Mehdi Purməhəmməd bu barədə istehsal, məşğulluq və davamlı inkişafla bağlı bazar günü Vərziğanda keçirilən tədbirdə çıxış edib.

 

“Vərziğanın Süngün Mis Mədənində bu günə qədər baş verənlər bölgə əhalisinin tələbi deyil, əhalinin tələbi heç bir şəkildə təmin olunmayıb.

Bölgə əhalisi zəhmətinin nəticəsini görmək istəyir. Məhsulun xaric ölkələrə və ya ölkə daxilində xammal kimi satılması eyni şeydir. Nə üçün bu qədər yük maşını Kirmana xammal daşımalıdır. Bunun çoxlu xərci var və 50 sürücünün işlə təmin olunmasından başqa heç bir xeyiri yoxdur.”- deyə o bildirib.

 

İmam cümə sözlərinin davamında vurğulayıb ki, bu gün Vərziğanı nə kənd adlandırmaq mümkündür, nədə ki, şəhər. Əhali şəhərsalma işlərində irəlləyiş tələb edir. Mədənlərə yaxın şəhərlərdə, o cümlədən Kirmanın Sərçeşmə məntəqəsində bu inkişaf açıq-aydın görünür. Eyni işlər Vərziğanda da görülməlidir.

 

Tədbirdə İran Mis Sənayesi Milli Şirkətinin icraçı direktoru Ərdəşir Sə`d Məhəmmədi də çıxş edib. O İran rəsmilərinin sadiq qaldığı ənənəyə uyğun olaraq yaxın zamanda Azərbaycanda mis sənayesinin inkişafı uğrunda addımlar atılacağını, Mədəndə mis emalı zavodu, həmçinin əritnə zavodunun tikiləcəyini açıqlayıb.

 

Ötən həftə Təbriz Ticarət Palatasının rəisi Yunis Jaelə də Süngün Mis Mədəninin talanmasını tənqid edərək mədənin illik bir milyard dollar məbləğində gəlirinin Kirman əyalətinə nəsib olduğunu, yerli əhaliyə heç bir fayda vermədiyini diqqətə çatdırmışdır.

“Hesablamalara görə, Süngün Mis Mədəninin ildə 1 milyard dollar məbləğində gəliri var. Bu məbləğ Kirman Əyalətində dövriyyəyə buraxılır, Şərqi Azərbaycan əhalisi bu vəsaitdən yararlana bilmir.

Bu vəsait əyalətdə qalarsa, məşğulluq səviyyəsinin yüksəldilməsi ilə yanaşı bölgənin iqtisadi inkişafına da təkan verə bilər.”- deyə Yunis Jaelə vurğulamışdır.

 

Şərqi Azərbaycanın Vərziğan məntəqəsində yerləşən Süngün Mis Mədəni Yaxın Şərq üzrə ən zəngin mis yataqlarına malik olan mədəndir. Süngün Mis Kompleksinin müdiri Rza Şərifi bir neçə il bundan əvvəl ölkədə istehsal olunan misin 40 faizinin məhz bu mədənə aid olduğunu bildirmişdir. Təəssüflər olsun ki, İran rejimi mis külçələrinin Güney Azərbaycan ərazisində istehsal olunmasına imkan vermir. Torpaq xammal kimi Kirmana aparılır, orada külçəyə çevrilir. İstehsal olunmuş külçələrin böyük hissəsinin Çinə satıldığı bildirilir.

Zəngin mis mədənindən əldə olunan gəlirin bölgə əhalisinə nəsib olmaması Azərbaycan əhalisi ilə yanaşı bəzi yerli məsulların da dəfələrlə etirazına səbəb olub, lakin İran rejiminin mövqeyində hər hansı dəyişiklik müşahidə olunmur.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24