Şərqi azərbaycan əyalətinin Vərziğan bölgəsinin Sığındıl kəndində yerləşən 3 min illik tarixi qalada qanunsuz qazıntı işləri aparılıb.
Gunaz.tv
Əhər-Vərziğan magstral yolunun üstündə, Vərziqan şəhərinin 5 kilometrliyində yerləşən Sığındıl kəndi bir sıra tarixi qala və abidələrlə zəngindir.
Kəndin yaxınlığında Zağı dağının ətəyində yerləşən 3 min illik qala daha çox Sığındıl daş kitabəsi ilə adı ilə tanınır.
Güney azərbaycanın bir çox tarixi abidələri kimi bu abidə də hökumət və Mədəni İrs Təşkilatının laqeydliyi nəticəsində yox olmaqdadır.
Təbrizin yerli “Azərənjoman” xəbər saytını verdiyi bilgiyə görə qalada aparılan qanunsuz qazıntılar tarixi abidəyə ciddi ziyan vurub.
Xəbərə görə, tarixi və antik əsərlər əldə etmək üçün aparılan gizli qazıntılar daş kitabədəndə yan keçməyib və tarixi əsərə xəsarət yetirib.
Qeyd edək ki, adı çəkilən bölgə çox sayda qala və başqa tarixi abidələri ilə məşhurdur.
Bir neçə il öncəyə kimi bğlgədə yol qıraqlarında, kənd qəbristanlıqlarında gözə dəyən çox sayda məşhur tarixi Qoç daşları (Qoç heykəlləri) hökumət qurumları tərəfindən mərkəzə daşınıb, bir sırası isə tarixi əsər oğruları tərəfindən oğurlanıb.
C.E