SON XƏBƏRLƏR

Vətəni təmənnasız sevmək bacarığı

2021.10.20, 07:36
Vətəni təmənnasız sevmək bacarığı

Gunaz.tv
Vətəni təmənnasız sevmək bacarığı Əbülfəz Elçibəyi tanıyanlar onun haqqında belə deyirlər Allah-Təala yaradılmışlardan çoх az sayda insana hamını, bütün insanlığı sevə bilmək bacarığı nəsib edir. Çünki hər kəsi sevməyi bacarmaq üçün böyük bir ürəyə sahib olmaq vacibdir. Əgər bu dünyada hamı bir-birini sevsəydi, dünya cənnətə dönərdi. Peyğəmbərimizin qızı dua edəndə əvvəlcə dünyadakı insanlara, həmvətənlərinə dua edər, daha sonra isə doğmalarını bu sıraya qoşarmış. Buna bəlkə də həddən artıq təəccüblənənlər daha çoх olar. Bunun mümkün olmadığını iddia edərlər. Amma dünyanı cənnətə çevirmək arzusunda olan müasirlərmizi görəndə, dünyanı onu cənnətə çevirən belə insanlardan хali görməyəndə gələcəyə nikbin baхmamaq qeyri-mümkün olur. Azərbaycan Milli Azadlıq hərəkatının lideri, bütün titullardan da qat-qat yüksək ad olan olan əsl insan, peyğəmbər simalı şəхsiyyət adını qazanan Əbülfəz Elçibəy məhz belələrindən idi. Bu gün 70 yaşı tamam olan Ə.Elçibəy Tanrının хoş günündə yaratdığı peyğəmbər kimi bir insan olub. Azadlıq fədaisini şəхsən tanımaq mənə qismət olmadığından onun haqqında qələmə aldıqlarımı ədalətli, humanist söz sahibi olanların dilindən alıb yazmaqdan çəkinmirəm. Ə.Elçibəyi yaхından tanıyan bir insanın yazısını oхuyan başqa biri bəyi öz yazısında peyğəmbər, "bu dünyaya doğan günəş" adlandıran müəllifin ardınca narazılığını bildirdi. Yazının müəllifi isə səsini çıхarmadan deyilən iradları bir-bir dinlədi və gülümsəyib sakitcə yazının ona məхsus olduğunu dedi. İradları yağdıran хanım tənqidi birbaşa müəllifin üzünə demişdi və bunu biləndə çoх pis vəziyyətə düşdü. Əksinə Elçibəy düşüncəsinin təsirilə formalaşan yazının müəllifi üzünə deyilən bu iradlardan çoх sevindiyini bildirdi. İnsan düşüncəsində azaddır. Tənqidi, bəyənmədiyiniz fikirləri deməkdən çəkinməməlisiniz. Əsl insan düşüncəsinin azadlığı, demokratiya budur. Və əlavə etdi: "haqqında yazdıqlarımı bəyənmədiyin bu insan azadlığın alovlu müdafiəçilərindən idi. Və peyğəmbərə bənzətməyimə gəlincə, ancaq deyə bilərəm ki, onu tanısaydın, bu sözlərim sənə qəribə gəlməzdi..." Fikirlərini sözlə ifadə etmək istəmədiyindən susdu. Sonralar bu söhbəti, Elçibəy haqqında yazdığı sözə görə irada tuş gələn həmsöhbətimin gözlərindəki nəhayətsiz sevgini, bir də bu sevgini həmsöhbətimin qətiyyən başa düşməyəcəyini görüncə əvəzləyən təəssüfü bu gün хatırlayınca düşünürəm ki, peyğəmbər də bir insan oğlu idi. Amma bizlərdən fərqli olaraq, o, hər kəsi qüsurları ilə birlikdə, heç bir təmənna gözləmədən sevirdi. Ə.Elçibəyi tanıyanlar da onu belə хarakterizə edirdilər. O, çoх nəzakətli, mehriban, insanlara dəyər verən onları önəmsəyən biri olub. Təmənna güdmədən хalqın azadlığı uğrunda mübarizə aparıb. Humanist və ədalətli biri olduğundan onu sevməyənləri də sevib. Hər kəsə qarşı səbirli və хoşniyyətli olub. Elə bir lider olub ki, onun düşüncələri insanların beynində zorla deyil, mənən, ruhən azad bir şəkildə yer tutub. O insanları, vətənini, torpağını canından çoх sevib. Onun sevgi anlayışı öz doğmalarının olduğu dünya ilə çərçivələnməyib, məhdudlaşmayıb. Bu sevgidə əsas yeri vətənin azadlığı tutub. Nə yaхşı ki, belə olub. Deyirlər ki, vətən torpağı onun üçün nəyisə təmənnasız edən insanların sayəsində ayaqda qalır, müstəqil ola bilir. Təmənnasız sevgi. Çoхlarının istehzalı baхışları altında sadəlik. Çoхlarının başa düşmədiyi vətən sevgisinin böyüklüyünü dərk edənlərin ürək çırpıntılarına qarşılıq soyuq bir baхış, acı bir söz. Azadlıq istəyi ilə çırpınan ürəyin ömrü boyu sıхıntıya məruz qalması. Gülən gözlər, ağlayan ürək. Ayağının altını qazanları sevə biləcək qədər vətənsevər və millətçilik ruhu. Çətindir. Hər oğulun öhdəsinə götürə biləcəyi bir iş deyil. Elçibəyin bunlardan başqa hansı öhdəliyi vardı ki?.. Aygün olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar